Pandemiyaya görə ayrılan vəsaitlərin auditi aparılır – Palata sədri | 1news.az | Xəbərlər
İqtisadiyyat

Pandemiyaya görə ayrılan vəsaitlərin auditi aparılır – Palata sədri

S.Xankişiyeva11:12 - 03 / 03 / 2021
Pandemiyaya görə ayrılan vəsaitlərin auditi aparılır – Palata sədri

Hesablama Palatasının 2020-ci ilin dekabr ayında təsdiq edilmiş cari ilin İş planına pandemiyanın təsirləri ilə mübarizə istiqamətində icra edilmiş vəsaitlərin auditi üzrə tədbirlər daxil edilib.

Trend-in məlumatına görə, bunu Palatanın sədri Vüqar Gülməmmədov deyib.

Onun sözlərinə görə, hal-hazırda artıq bu istiqamətdə nəzarət tədbiri həyata keçirilməkdədir.

V.Gülməmmədov ali audit orqanları qarşısında həmin tədbirlər üçün icra edilmiş vəsaitlərin auditinin keçirilməsinin aktual bir məsələ kimi durduğunu qeyd edib.

Paylaş:
388

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

28 / 06 / 2025, 11:44
Bütün xəbərlər