Vətən müharibəsinin ilk qələbə müjdəçisi olan qəhrəmanımız | 1news.az | Xəbərlər
Cəmiyyət

Vətən müharibəsinin ilk qələbə müjdəçisi olan qəhrəmanımız

17:50 - 05 / 03 / 2021
Vətən müharibəsinin ilk qələbə müjdəçisi olan qəhrəmanımız

Vətən müharibəsinin ilk qələbə müjdəçisi olan qəhrəmanımız - 4 mart Əli Qəmbərovun ad günü idi.

1news.az xezerxeber.az-a istinadən bildirir ki, düşmənin səngərini yarmışıq, qurban kəsin. Vətən müharibəsinin ilk günlərində ailəsinə şad xəbəri məhz belə vermişdi. 19 yaşlı Əli Qəmbərovdan danışacayıq. Qəhrəmancasına döyüşərək şəhid olan Cəlilabad sakininin bu gün doğum günüdür.

Onsuz keçirdikləri ilk ad günüdür.

Sonuncu dəfə birgə qeyd etmişdilər. Gülə-gülə anasına baxan Əli 19 yaşımı mənsiz qeyd edəcəksiz demişdi. Elə dediyi kimi də oldu, bu gün doğmaları onsuz keçirirlər doğum gününü. Ötən il oturduğu oturacaq indi boş qalıb, hər kəsin gözü isə onu axtarır.

Əli ilə son görüşünü xatırlayarkən göz yaşlarını saxlaya bilməyən anası Zəhra Abidinova deyir ki, sentyabrın 23-də yanına getmişdik. dedi, güldü, danışdı. 4 gün sonra isə Vətən müharibəsi başlayanda hamıdan əvəl irəli atılıb gənc qəhrəmanımız.

Əli Qəmbərov 2002-ci il martın 4-də Cəlilabadın Uzuntəpə kəndində anadan olub. 2020-ci ildə həqiqi hərbi xidmətə yollanan Əli əvvəlcə Göranboy, sonra isə Füzuli rayonunda xidmətdə olub. İkinci Qarabağ müharibəsinə də elə ilk gündən Füzuli istiqamətindən qatılıb. Qardaşı Zahir Qənbərov deyir ki, Əli zəng edib dedi ki, keçilməz bir səngərin alınması üçün qurban boyun almışam. Səngəri aldıq, qurbanı kəsin!

Əli Qənbərov Oktyabrın 6-da Xocavənd-Füzuli istiqamətində gedən ağır döyüşlərdə cəsarətlə döyüşərək qəhramancasına şəhid olub. Ölümündən sonra ''Xocavəndin azad olunmasına görə'' və ''vətən uğrunda '' medalları ilə təltif edilib.

1news.az

Paylaş:
226

Son xəbərlər

Ceyhun Bayramov Fələstin Baş naziri ilə telefon danışığı aparıbBu gün, 15:19Baş prokurorun Çinə işgüzar səfəri başa çatıbBu gün, 15:19Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıbBu gün, 15:03Hesablama Palatasının builki hesabatında Dayanıqlı İnkişaf Məqsədləri prioritetləşdiBu gün, 14:55Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - FOTOBu gün, 14:45Bakı aeroportu yenidən “Skytrax” mükafatına layiq görülübBu gün, 14:41"Təfəkkür” Universitetinin prorektorunun qətlində təqsirləndirilən şəxslərdən ikisi son söz deyibBu gün, 14:35Zərərçəkmiş şəxsin razılığı olmadan onun fotosunu mediaya təqdim edənlər cəzalandırılacaqlarBu gün, 14:12Xəzər dənizində tikinti üçün süni torpaq sahələri yaradılacaqBu gün, 13:51Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulması barədə əmr imzalanıbBu gün, 13:34Sumqayıtda qanunsuz tikili sökülüb - VİDEOBu gün, 13:182024-2025-ci tədris ili üçün “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilirBu gün, 12:59Məleykə Abbaszadədən gənclərə çağırış: “Ali məktəbə qəbul olmaq üçün yalnız bal toplamaq kifayət etmir”Bu gün, 12:5430 dərəcə isti olacaq - Sabahın HAVASIBu gün, 12:40Azərbaycan Mərkəzi Bankı ilə Visa arasında əməkdaşlıq imkanları müzakirə edilibBu gün, 12:32Məzahir Pənahov parlament seçkilərini müşahidə etmək üçün Maldivə gedirBu gün, 12:27Xocavənddə fermada xeyli sayda partlayıcı qurğu və maddə aşkarlanıbBu gün, 12:20Deputat: “ABŞ sülhməramlı missiyanın çıxmasını alqışlamalı, Azərbaycanı təbrik etməli idi”Bu gün, 11:53FHN: Ötən sutka 4 nəfər xilas edilibBu gün, 11:51Türkiyənin Azərbaycandakı səfirliyinə yeni mətbuat müşaviri təyin olunubBu gün, 11:33
Bütün xəbərlər