Azərbaycan Qarabağ müharibəsində həm zəfər qazandı, həm də əsl dostlarını tanıdı - TƏHLİL | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan Qarabağ müharibəsində həm zəfər qazandı, həm də əsl dostlarını tanıdı - TƏHLİL

16:57 - 05 / 03 / 2021
Azərbaycan Qarabağ müharibəsində həm zəfər qazandı, həm də əsl dostlarını tanıdı - TƏHLİL

İkinci Qarabağ müharibəsində Azərbayanın möhtəşəm qələbəsi dünyanın diqqət mərkəzində olan əsas hadisələrdən biri oldu. Apardığı haqlı mübarizəsində ölkəmizi dəstəkləyən dövlətlər də oldu, təzyiq göstərən, uğurlarımızı həzm edə bilməyənlər də.

Şübhəsiz hər zaman olduğu kimi Azərbaycan ən böyük dəstəyi yenə qardaş Türkiyə verdi.

İkinci Qarabağ savaşı başladığı ilk gündən etibarən qardaş Türkiyə Cümhuriyyəti ölkəmizə və xalqımıza hər cür siyasi və mənəvi dəstək göstərməkdə davam edir. Bu, Ulu öndər Heydər Əliyevin dahiyanə şəkildə elan etdiyi "tək millət - iki dövlət" təliminin nə qədər böyük həyati gücə və geniş imkanlara malik olduğunu hər dəfə yenidən təsdiq edir. Bu, həm də xalqlarımız arasındakı tarixi-mədəni bağların, dil və din birliyinin əbədi olan təzahürlərindən biridir.

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın obyektiv və sərt bəyanatları, atdığı qətiyyətli addımlar, onun düşünülmüş diplomatik gedişləri Azərbaycanın qədim ərazilərini qaytarmaq uğrunda aparılan müharibənin uğurlu gedişinə təkan verməklə yanaşı xalqımıza və əsgərlərimizə böyük ruh yüksəkliyi gətirdi. Türkiyə Cümhuriyyətinin rəhbərinin təşviqi ilə Türkiyənin dövlət rəsmilərinin nümayəndə heyətləri ilə birlikdə Azərbaycana səfərləri Prezidentlərimiz, müstəqil dövlətlərimiz və xalqlarımızın ən çətin sınaq məqamlarındakı ürəkdən gələn birlik və həmrəyliyinin canlı təcəssümü oldu.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan martın 4-də İqtisadi Əməkdaşlıq Təşkilatının XIV onlayn Zirvə toplantısında çıxışı zamanı bir daha ölkəmizə dəstəyini nümayiş etdirərək, İkinci Qarabağ müharibəsindəki şanlı qələbəmizin önəmini vurğulayıb:

“Qardaşımız Azərbaycan erməni işğalı altındakı torpaqlarını şanlı bir Zəfərlə azad etmiş, bölgədə yeni bir dövrün qapılarını açmışdır. Bundan sonra hədəfimiz Qarabağda təhlükəsizlik və sabitliyin formalaşmasına yardım etmək, 30 illik işğalın fəsadlarını birlikdə aradan qaldırmaqdır. Bu prosesdə də təşkilat olaraq Azərbaycan ilə tam həmrəylik içində olacağımıza inanıram. Ermənistanın da atacağı sülhsevər addımlarla regional sabitliyin bir hissəsi olacağına ümid edirik. Xalqın iradəsini heçə sayan antidemokratik müdaxilələri əsla qəbul etmədiyimizi və etməyəcəyimizi burada təkrarlamaq istəyirəm”.

Türkiyədən sonra Azərbaycana ən çox dəstək verən ölkə Pakistan oldu. Bu günə qədər Ermənistanı dövlət kimi tanımayan bu qardaş ölkənin dəstəyi xalqımızın Pakistana və pakistanlılara olan sevgisini daha da alovlandırdı.

2020-ci il noyabrın 16-da Pakistanın Baş naziri İmran Xan bu ölkənin yerli televiziya kanallarından birinə müsahibəsində deyib: “Azərbaycan Silahlı Qüvvələri nümunəvi şücaət göstərib. Qarabağ mübahisəli ərazi deyil. Bütün dünya Qarabağın Azərbaycana məxsus olduğunu qəbul edir və onu bu ölkənin ərazisi kimi tanıyır. Azərbaycanlılar öz əzəli torpaqlarını geri qaytardılar”.

Pakistanın Baş naziri İmran Xan martın 4-də İqtisadi Əməkdaşlıq Təşkilatının XIV onlayn Zirvə toplantısında çıxışı zamanı qələbə münasibətilə xalqımızı təbrik edib:

“Mən Azərbaycanın işğal olunmuş ərazilərinin müvəffəqiyyətlə azad edilməsi münasibətilə Prezident İlham Əliyevi xüsusilə təbrik etmək istəyirəm”.

Azərbaycana haqq işində güclü dəstək verən ölkələrdən biri də qardaş Əfqanıstan oldu. Əfqanıstan Xarici İşlər Nazirliyi İkinci Qarabağ müharibəsinin başlamasından cəmi bir gün sonra - 2020-ci il sentyabrın 28-də bəyanatla çıxış edərək Azərbaycana dəstəyini ifadə edib:

“Dağlıq Qarabağ regionu beynəlxalq aləmdə Azərbaycanın tərkib hissəsi kimi tanınıb. Əfqanıstan Dağlıq Qarabağın işğalına son qoyulmasını tələb edir, Azərbaycan xalqının, Azərbaycan hökumətinin və dünyanın digər ölkələrinin bununla əlaqədar səylərini dəstəkləyir”.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2020-ci il dekabrın 21-də Əfqanıstan İslam Respublikasının milli təhlükəsizlik müşaviri Hamdullah Mohibi və Prezident Administrasiyasının rəhbəri Mohammad Şakir Kargarı qəbul edərkən Əfqanıstan Prezidentinin münaqişənin ilk günlərindən Azərbaycana verdiyi siyasi dəstəyi və Əfqanıstanın Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsini yüksək qiymətləndirib.

Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani martın 4-də İqtisadi Əməkdaşlıq Təşkilatının XIV onlayn Zirvə toplantısında çıxışı zamanı Prezident İlham Əliyevi qələbə münasibətilə təbrik edib:

“Mən tarixi nailiyyət münasibətilə qardaşım Prezident Əliyevi təbrik etməkdən məmnunluq hissi duyuram. Azərbaycan xalqı kimi atanız da Sizinlə fəxr edərdi”.

Tədbirdə çıxış edən Prezident İlham Əliyev Azərbaycana göstərdikləri dəstəyə görə Türkiyə, Pakistan və Əfqanıstan övlətlərinin rəhbərlərinə təşəkkür edib, onların ölkəmizə və xalqımıza dəstəyini yüksək qiymətləndirib:

“Əvvəlcə, mən bir daha əziz qardaşlarıma, Prezident Ərdoğana, Prezident Əşrəf Qaniyə, Baş nazir İmran Xana Azərbaycanın Qələbəsi və ərazi bütövlüyünü bərpa etməsi münasibətilə səsləndirdikləri xoş təbriklərə görə təşəkkürümü bildirmək istərdim.

2020-ci ildə Azərbaycan öz torpaqlarının Ermənistan tərəfindən 30 ilə yaxın davam edən işğalına hərbi-siyasi yollarla son qoydu. Ermənistan üzərində döyüş meydanında əldə edilmiş hərbi Zəfər siyasi yollarla tam təmin edildi.

BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələri 27 il kağız üzərində qalmışdı. Azərbaycan özü həmin qətnamələrin icrasını təmin edərək ərazi bütövlüyünü bərpa etdi. İşğalçılar qədim Azərbaycan torpağı olan Qarabağdan qovuldu. 44 gün ərzində Ermənistan ordusu tam darmadağın edildi. 2020-ci il noyabrın 10-da Azərbaycan Ermənistanı kapitulyasiya aktı imzalamağa məcbur etdi.

Müharibə başlayan kimi bizi dəstəkləyən ilk ölkə qardaş Türkiyə oldu. Əziz qardaşım, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın açıqlamalarını və onun siyasi və mənəvi dəstəyini yüksək qiymətləndiririk.

Ötən il sentyabrın 27-də və 28-də - müharibənin birinci və ikinci günü qardaş Pakistan və Əfqanıstan Ermənistanı işğala son qoymağa, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini icra etməyə çağırmış və Azərbaycanın ərazi bütövlüyünə öz dəstəklərini ifadə etmişlər. Mən bizi dəstəklədiklərinə görə onlara dərin təşəkkürümü bildirirəm. Eyni zamanda, müharibə dövründə bizi dəstəkləyən ölkələrin dövlət və hökumət başçılarına da təşəkkür edirəm”.

Azərbaycanın İkinci Qarabağ müharibəsindəki şanlı qələbəsi ona həm də gerçək dostlarını və düşmənlərini tanıtdı. Azərbaycan fəxrlə Türkiyə, Pakistan və Əfqanıstanı özünə dost, qardaş ölkə hesab edə bilər. Çünki əsl dost dar gündə tanınar. Adıçəkilən ölkələr isə dar günün dostu olduqlarını çoxdan sübut ediblər.

B.Cahandarov

Paylaş:
704

Son xəbərlər

Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıbBu gün, 16:28Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıbBu gün, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişibBu gün, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTOBu gün, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildiBu gün, 15:44Ordubadda hərbi sursat aşkar edilibBu gün, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndiribBu gün, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilibBu gün, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEOBu gün, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43Azərbaycanın dövlət borcu açıqlandıBu gün, 13:18İkiqat Paralimpiya çempionu Lamiyə Vəliyeva afrikalı idmançı ilə evləndi - FOTOBu gün, 13:15COP29-un Azərbaycanda keçirilməsi: Qlobal dəyişikliklərə və yeni imkanlara doğru addımBu gün, 13:11Hacıqabulda saxta pul dövriyyəsi ilə məşğul olan şəxslər həbs olunubBu gün, 12:47Rusiya Ukraynanın enerji infrastrukturuna hücumlar edibBu gün, 12:37Cümə gününün hava proqnozuBu gün, 12:22Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilibBu gün, 12:11
Bütün xəbərlər