Leyla Abdullayeva Ermənistan XİN-ə cavab verib | 1news.az | Xəbərlər
Siyasət

Leyla Abdullayeva Ermənistan XİN-ə cavab verib

17:08 - 05 / 03 / 2021
Leyla Abdullayeva Ermənistan XİN-ə cavab verib

“Azərbaycan Respublikası Prezidentinin İqtisadi Əməkdaşlıq Təşkilatının bu ilin 4 mart tarixində keçirilən Zirvə görüşündə çıxışı zamanı bölgədə sülh və sabitliyin təmin edilməsi üçün yaranan əməkdaşlıq imkanlarından, birbaşa bölgə ölkələrinin faydalana biləcəyi nəqliyyat layihələrinin həyata keçirilməsindən danışdığı halda, Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) nümayəndəsinin Azərbaycanı beynəlxalq hüququ pozmaqda ittiham etməsi və bunu bölgə üçün təhdid kimi qiymətləndirməsi rəsmi Yerevanın sağlam məntiq və düşüncədən uzaq olduğunu növbəti dəfə açıq nümayiş etdirir”.

1news.az-ın verdiyi xəbərə görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistan XİN nümayəndəsinin Azərbaycan Respublikası Prezidentinin İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşündə çıxışı barədə söylədiklərini şərh edərkən deyib.

“Azərbaycan tərəfinin hər zaman əməkdaşlıq və bölgənin tərəqqisi ilə bağlı mövqeyini pozucu şəkildə şərh edən Ermənistan tərəfinin, hansı maraqlara xidmət etdiyi sual doğurur və ümumiyyətlə, bu ölkənin hələ də nə istədiyini müəyyən etmədiyini göstərir.

Ermənistan XİN nümayəndəsinə tövsiyəmiz ondan ibarətdir ki, şərh vermədən öncə öz hökumət rəhbərlərinin imzaladığı 10 noyabr tarixli bəyanatın mətni ilə tanış olsun, BMT TŞ-nin 1993-cü il tarixli qətnamələrini oxusun, habelə istinad etdiyi beynəlxalq hüquq prinsiplərinin mahiyyətinin nədən ibarət olduğunu öyrənsin”, - deyə XİN rəsmisi vurğulayıb.

Paylaş:
285

Son xəbərlər

Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıbBu gün, 16:28Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıbBu gün, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişibBu gün, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTOBu gün, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildiBu gün, 15:44Ordubadda hərbi sursat aşkar edilibBu gün, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndiribBu gün, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilibBu gün, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEOBu gün, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43Azərbaycanın dövlət borcu açıqlandıBu gün, 13:18İkiqat Paralimpiya çempionu Lamiyə Vəliyeva afrikalı idmançı ilə evləndi - FOTOBu gün, 13:15COP29-un Azərbaycanda keçirilməsi: Qlobal dəyişikliklərə və yeni imkanlara doğru addımBu gün, 13:11Hacıqabulda saxta pul dövriyyəsi ilə məşğul olan şəxslər həbs olunubBu gün, 12:47Rusiya Ukraynanın enerji infrastrukturuna hücumlar edibBu gün, 12:37Cümə gününün hava proqnozuBu gün, 12:22Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilibBu gün, 12:11
Bütün xəbərlər