“Astara-nəqliyyat” ASC 20 min manat cərimələndi | 1news.az | Xəbərlər
Cəmiyyət

“Astara-nəqliyyat” ASC 20 min manat cərimələndi

S.Xankişiyeva11:43 - 05 / 03 / 2021
“Astara-nəqliyyat” ASC 20 min manat cərimələndi

Prokurorluq orqanları tərəfindən cəmiyyətimiz üçün aktuallığı ilə seçilən problemlərin həllinə diqqətin göstərilməsi, hüquqpozmaların qarşısının alınması və baş vermiş qanun pozuntularının araşdırılaraq hüquqi qiymətin verilməsi məqsədi ilə həyata keçirilən tədbirlər davam etdirilir.

Baş Prokurorluğun Mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, “Astara-nəqliyyat” ASC-də əmək qanunvericiliyinin tələblərinin pozulması ilə bağlı Baş Prokurorluğa daxil olmuş müraciət əsasında Cinayət təqibindən kənar icraatlar idarəsində aparılan araşdırma zamanı, ASC-ni təmsil etmək və onun adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs Məmmədov Nizami Fərzulla oğlunun bir neçə şəxsi əmək müqaviləsi olmadan işə cəlb etməsi faktları aşkar edildiyindən, toplanmış material üzrə İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə inzibati xəta haqqında icraat başlanılaraq baxılması üçün aidiyyəti üzrə Astara rayon məhkəməsinə göndərilmişdir.

Rayon məhkəməsinin qərarı ilə “Astara-nəqliyyat” ASC-yə inzibati tənbeh növündə 20 min manat məbləğində cərimə tətbiq edilmişdir.

Paylaş:
232

Son xəbərlər

Bakıda 22 il əvvəl öldürülən yeniyetmə qızın qətlinin üstü açılıb05 / 10 / 2024, 18:11Bakıda “Avenue” lüks seqment mebel və ev aksesuarları mağazası açılıb - FOTO05 / 10 / 2024, 17:49Bərdədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib05 / 10 / 2024, 17:18Güclü külək əsəcək - XƏBƏRDARLIQ05 / 10 / 2024, 16:48Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə MN-də yaradılan işçi qrupunun görüşü keçirilib05 / 10 / 2024, 16:21Bu gün görkəmli bəstəkar Xəyyam Mirzəzadənin doğum günüdür05 / 10 / 2024, 16:06Binədə 27 min manatlıq oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 15:37Zəngilanda altıncı yaşayış kompleksinin layihə görüntüləri yayımlanıb05 / 10 / 2024, 15:01XİN: Ermənistanın sülhsevər mövqeyi ilə bağlı açıqlamaları beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyan manipulyasiyadır05 / 10 / 2024, 14:21Enerji keçidi: beynəlxalq öhdəliklər, nailiyyətlər və çağırışlar - FOTO - VİDEO05 / 10 / 2024, 13:59Ceyhun Bayramov Beynəlxalq Müəllimlər Günü münasibəti ilə Müəllimləri təbrik edib05 / 10 / 2024, 13:57Sabir Hacıyev “Şöhrət” ordeni ilə təltif edilib05 / 10 / 2024, 13:35Ən yüksək nəticə göstərən və ali məktəbə qəbul olan 102 tələbəyə Prezident təqaüdü veriləcək - SƏRƏNCAM05 / 10 / 2024, 13:25Bəhreyn Krallığının Baş prokuroru Azərbaycana gəlib - FOTO05 / 10 / 2024, 13:06Bazar günü hava necə olacaq? - PROQNOZ05 / 10 / 2024, 12:46Dəmir yolu stansiyasından oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 12:22Qızıl və gümüş cüzi ucuzlaşıb05 / 10 / 2024, 11:53Bakıda 76 min manatı dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıb05 / 10 / 2024, 11:11DİN: Ötən gün 32 cinayətin üstü açılıb05 / 10 / 2024, 10:42Gəncə şəhərininin ikinci dəfə raket hücumuna məruz qalmasından dörd il ötür05 / 10 / 2024, 10:29
Bütün xəbərlər