Misir portalı Azərbaycandakı diplomatik korpusun nümayəndələrinin işğaldan azad edilmiş rayonlara səfərindən yazıb | 1news.az | Xəbərlər
Siyasət

Misir portalı Azərbaycandakı diplomatik korpusun nümayəndələrinin işğaldan azad edilmiş rayonlara səfərindən yazıb

S.Xankişiyeva16:00 - 06 / 03 / 2021
Misir portalı Azərbaycandakı diplomatik korpusun nümayəndələrinin işğaldan azad edilmiş rayonlara səfərindən yazıb

Misirin “Aldiplomasy” portalında Azərbaycandakı diplomatik korpusun nümayəndələrinin işğaldan azad edilmiş Füzuli, Qubadlı və Laçın rayonlarına səfərindən bəhs edən material yerləşdirilib.

AZƏRTAC-a istinadla yayılan xəbərdə qeyd olunub ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında məlumat verib. Hikmət Hacıyev bildirib ki, Prezident İlham Əliyevin göstərişi əsasında diplomatik korpus nümayəndələrinin Azərbaycanın azad edilmiş Füzuli, Qubadlı və Laçın rayonlarına səfəri başlayıb. “Səfirlərə, beynəlxalq təşkilatların rəhbərlərinə və hərbi attaşelərə bu səfərdə bizə qoşulduqlarına görə minnətdarıq”, - deyə Prezidentin köməkçisini qeyd edib.

Paylaş:
276

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər