Sumqayıtda ilk “McDonald’s” restoranının açılışı olub – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Sumqayıtda ilk “McDonald’s” restoranının açılışı olub – FOTO

S.Xankişiyeva18:00 - 06 / 03 / 2021
Sumqayıtda ilk “McDonald’s” restoranının açılışı olub – FOTO

2021-ci il martın 6-da Sumqayıtda ilk “McDonald’s” restoranının açılışı baş tutub. Bunun sayəsində, 60 Azərbaycan vətəndaşı işlə təmin olunub.

Restoran Sülh küçəsi, Baxça Şəhər yaşayış kompleksi, bina 16A ünvanında yerləşir.

Burada müştərilərə sürətli və keyfiyyətli yerində xidmətlə yanaşı, həmçinin maşını tərk etmədən sifariş vermə, ödəmə və sifarişi qəbul etmə kimi rahat imkanlar yaradan MakAvto xidməti də göstəriləcək.

Yeni açılmış “McDonald’s” restoranında həmçinin Bakı sakinlərinin və paytaxt qonaqlarının bəyənmiş olduğu interaktiv özünəxidmət köşkü də mövcuddur. Sifariş vermənin bu rahat üsulundan faydalanan qonaqlar sensor ekrandan istifadə etməklə sifariş verə, ödənişi isə sifarişi qəbul edərkən bank kartı və ya nağd şəkildə həyata keçirə bilirlər.

Tezliklə Sumqayıtda “McDelivery” xidməti də göstəriləcəkdir. “McDonald's” restoranlarında göstərilən bu xidmət sifarişin qapıya çatdırılmasını nəzərdə tutur. Sumqayıtda açılmış restoran “McDonald’s” restoranlar şəbəkəsinin mart ayı ərzində Azərbaycanda açdığı ikinci məkan oldu.

Belə ki, martın 2-də paytaxtın Binəqədi rayonunun Şövkət Məmmədova küçəsi 2 ünvanında yeni “McDonald’s” restoranı açılmışdır. Burada müştərilərə yerində xidmət, həmçinin MakAvto və “McDelivery” xidmətləri göstərilir.

Qeyd edək ki, yeni “McDonald’s” restoranlarının açılması yeni iş yerlərinin yaradılması deməkdir.

1news.az agentliyi “McDonald’s Azərbaycan” şirkətinin İctimaiyyətlə əlaqələr üzrə direktoru Emil Hüseynovdan şəbəkənin yeni restoranlarında neçə iş yerinin yaradılması ilə maraqlanıb.

“Koronavirus pandemiyası ilə bağlı vəziyyətin çətinliyinə baxmayaraq, şirkətimiz inkişaf etməkdə və Azərbaycan ərazisində yeni restoranlar açmaqda davam edir. Ötən həftə ərzində Bakının Binəqədi rayonu və Sumqayıt şəhərində olmaqla 2 yeni restoran açılmışdır. Xüsusilə vurğulamaq istərdim ki, bu, “McDonald’s” şirkətinin Sumqayıtda ilk restoranıdır. Məmnunuq ki, restoran açmaqla bu şəhərdə infrastrukturun inkişafının bir parçasına çevrilirik”, - deyə E.Hüseynov bildirib.

Yeni iş yerlərinə gəlincə, o bildirib ki, 2 yeni restoranın açılması ilə 120 yeni iş yeri yaradılmışdır: “Ən qabaqcıl ictimai qida şəbəkələrindən biri olaraq, ölkədə artıq 20-dən çox restorana malik “McDonald’s Azərbaycan” şirkəti ümumilikdə 1400-dən çox Azərbaycan vətəndaşını iş yeri ilə təmin edir”.

Ümumilikdə “McDonald’s” şirkətinin fəaliyyəti barədə danışan İctimaiyyətlə əlaqələr üzrə direktor qeyd edib ki, şəbəkə yerli istehsalçılar və tədarükçülərlə əməkdaşlıq etməklə Azərbaycanda qeyri-neft sektorunun inkişafına əhəmiyyətli töhfə verir, həmçinin paralel olaraq, işlədiyi cəmiyyətdə sosial təşəbbüslər həyata keçirir.

Paylaş:
1129

Son xəbərlər

Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir19 / 04 / 2024, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTO19 / 04 / 2024, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTO19 / 04 / 2024, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb19 / 04 / 2024, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb19 / 04 / 2024, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO19 / 04 / 2024, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEO19 / 04 / 2024, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcək19 / 04 / 2024, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıb19 / 04 / 2024, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜAT19 / 04 / 2024, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcək19 / 04 / 2024, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb19 / 04 / 2024, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVA19 / 04 / 2024, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklər19 / 04 / 2024, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTO19 / 04 / 2024, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİB19 / 04 / 2024, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıb19 / 04 / 2024, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcək19 / 04 / 2024, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub19 / 04 / 2024, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edib19 / 04 / 2024, 15:45
Bütün xəbərlər