Son sutkada koronavirusa yoluxanların sayı açıqlandı | 1news.az | Xəbərlər
Cəmiyyət

Son sutkada koronavirusa yoluxanların sayı açıqlandı

18:14 - 08 / 03 / 2021
Son sutkada koronavirusa yoluxanların sayı açıqlandı

Azərbaycanda bu gün koronavirus infeksiyasına 195 yeni yoluxma faktı qeydə alınıb, 7 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

1news.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 6 nəfər "COVID-19"dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 236 963 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 229 789 nəfər müalicə olunaraq sağalıb, 3 247 nəfər vəfat edib. Hazırda 3 927 aktiv xəstə var.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 624, bu günə qədər isə ümumilikdə 2 657 999 test icra olunub.

1news.az

Paylaş:
323

Son xəbərlər

Bütün xəbərlər