“WhatsApp” bir sıra smartfonlarda işini dayandırır | 1news.az | Xəbərlər
Cəmiyyət

“WhatsApp” bir sıra smartfonlarda işini dayandırır

09:20 - 09 / 03 / 2021
“WhatsApp” bir sıra smartfonlarda işini dayandırır

"WhatsApp" messenceri köhnə "iPhone" modelləridə işləməyəcək.

1news.az APA-ya istinadən xəbər verir ki, dəyişiklik proqramın iOS üçün son beta-versiyasında ortaya çıxıb. Belə ki, beta-versiyada iOS 9 və daha aşağı versiyalarda işləyən cihazlar üçün dəstək xidməti yoxa çıxıb. "WhatsApp"ın rəsmi resurslarında bu barədə hələlik bir məlumat yoxdur.

Hazırda messencerin "iPhone" üçün əməliyyat sistemlərinin rəsmi siyahısına iOS 9 və ya daha yeni versiyalar daxildir.

Qeyd edək ki, 1 yanvar 2021-ci ildən etibarən "WhatsApp" messenceri əməliyyat sistemləri iOS 9 və ya Android 4.0.3-dən yuxarı versiyalara yenilənməyən bir sıra cihazlarda işini dayandırıb.

1news.az

Paylaş:
274

Son xəbərlər

Bütün xəbərlər