Fevralda nikaha girmək istəyən 97 nəfərdə sifilis, 21 nəfərdə QİÇS aşkarlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Fevralda nikaha girmək istəyən 97 nəfərdə sifilis, 21 nəfərdə QİÇS aşkarlanıb

S.Xankişiyeva10:36 - 09 / 03 / 2021
Fevralda nikaha girmək istəyən 97 nəfərdə sifilis, 21 nəfərdə QİÇS aşkarlanıb

Azərbaycanda fevral ayı ərzində nikaha daxil olmaq istəyən 9 676 nəfər müayinədən keçib.

“Report”un əldə etdiyi məlumata görə, onların 373-də talassemiya daşıyıcılığı, 97-də sifilis, 21 şəxsdə isə QİÇS aşkarlanıb.

Hər ikisində talassemiya daşıyıcılığı olan cütlüklərin sayı isə 7 olub.

Qeyd edək ki, 2015-ci ildən indiyədək nikaha daxil olmaq istəyən 720 897 nəfərin qan müayinəsi aparılıb. 25 073 cütlükdən birində talassemiya daşıyıcılığı, 293 cütlüyün hər ikisində daşıyıcılıq aşkarlanıb. Bu müddət ərzində 2 802 nəfərdə sifilis, 740 nəfərdə HİV(QİÇS) qeydə alınıb".

Paylaş:
263

Son xəbərlər

Bütün xəbərlər