Ötən gün ölkədə 20 yanğın olub - FOTO
![Ötən gün ölkədə 20 yanğın olub - FOTO](/images/2021/03/27/20210327022625268/thumb.jpg?2021-03-27+14%3A29%3A37)
Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
Nazirlikdən 1news.az-a verilən məlumata görə, FHN-in “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 20 yanğına çıxış, 3 halda köməksiz vəziyyətdə qalma faktları üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, ötən sutka ərzində 3 nəfər xilas edilib.
![](/images/2021/03/27/20210327022625268/d_gallery/fhn_270321_1.jpg)
![](/images/2021/03/27/20210327022625268/d_gallery/fhn_270321_2.jpg)
564