Azərbaycan millisinin Serbiya ilə oyunu üçün “23-lüy”ü açıqlanıb
DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsinin Azərbaycan – Serbiya oyunundan öncə komandaların “23-lüy”ü bəlli olub.
1news.az-ın məlumatına görə, millimizin baş məşqçisi Canni de Byazi bu dəfə də seçimi ilə təəccübləndirib.
Sərəncamında 30 oyunçu olan italiyalı mütəxəssis 7 futbolçunu siyahıya daxil etməyib. Onlar arasında Azərbaycan Premyer Liqasının bombardiri Namiq Ələsgərov da var.
De Byazi Amil Yunanov, Amin Seydiyev, Bəhlul Mustafazadə, Rəhim Sadıxov, Tellur Mütəllimov və Xəyal Nəcəfovu da “23-lüy”ə daxil etməyib.
Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək matç saat 20:00-da başlayacaq.
Qapıçılar: Emil Balayev, Şahrudin Məhəmmədliyev, Mehdi Cənnətov
Müdafiəçilər: Maksim Medvedev, Bədavi Hüseynov, Anton Krivotsyuk, Abbas Hüseynov, Azər Salahlı, Elvin Bədəlov, Şəhriyar Əliyev, Sərtan Taşkın, Təmkin Xəlilzadə
Yarımmüdafiəçilər: Emin Mahmudov, Coşqun Diniyev, Vüqar Mustafayev, İsmayıl İbrahimli, Aleksey İsayev, Elvin Cəfərquliyev, Toral Bayramov
Hücumçular: Ramil Şeydayev, Mahir Emreli, Əli Qurbani, Anatoli Nuriyev
1news.az