Rusiya müdafiə nazirinin müavini Qarabağa səfər edib | 1news.az | Xəbərlər
Siyasət

Rusiya müdafiə nazirinin müavini Qarabağa səfər edib

11:08 - 31 / 03 / 2021
Rusiya müdafiə nazirinin müavini Qarabağa səfər edib

Rusiya müdafiə nazirinin müavini, ordu generalı Dmitri Bulqakov Qarabağa səfər edib.

1news.az-ın “Sputnik Armenia” saytına istinadən verdiyi məlumata görə, D. Bulqakov Xankəndidə Rusiya sülhməramlıları üçün inşa edilmiş 250 yerlik blok-modul şəhərciyinin açılışında iştirak edib.

D. Bulqakov bildirib ki, Rusiya sülhməramlı kontingenti üçün mobil şəhərciklər aprelin 5-dən gec olmayaraq istismara veriləcək: “Bu günə 25 belə şəhərcik qurulub. Hazırda şəhərciklərin istismara verilməsi üçün son tamamlama işləri aparılır. Aprelin 5-dən gec olmayaraq bütün modul şəhərciklər istismara veriləcək”.

O, aprelin sonuna qədər sülhməramlılar üçün mobil hospital açılacağını da qeyd edib.

1news.az

Paylaş:
366

Son xəbərlər

Bütün xəbərlər