Tayvanda dəhşətli qatar qəzası baş verib: onlarla ölü var
Tayvanın şərqində sərnişin qatarı relsdən çıxıb.
1news.az xəbər verir ki, bu barədə adanın Mərkəzi informasiya agentliyi bildirib.
Hadisə yerli vaxtla saat təxminən 09:00-da (Bakı vaxtı ilə 05:00) Huayalyan bölgəsindəki “Datsinşuy” tünelində baş verib. Qatar səkkiz vaqondan ibarət olub və 350 sərnişin daşıyırmış.
Qəza nəticəsində ikinci və üçüncü vaqonlar relsdən çıxıb. Ümumilikdə ilk üç vaqondan 60 nəfər artıq xilas edilib, dördüncü və beşinci vaqonlar ciddi şəkildə zədələnib.
Xilasedicilər qəza yerinə cəlb olunub.
Ölənlərin sayı 40-a çatıb, 61 nəfər xəsarət alıb, daha 72 nəfər də qatarda çıxılmaz vəziyyətdə qalıb.
Bildirilir ki, qəzaya səbəb dəmir yolları üzərində “pis park edilmiş” mühəndis avtomobili ilə toqquşma olub.
1news.az