Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 4 qanun layihəsinə baxıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 4 qanun layihəsinə baxıldı

Qafar Ağayev17:39 - 05 / 04 / 2021
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 4 qanun layihəsinə baxıldı

Aprelin 5-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin onlayn formatda iclası keçirilib. İclasda qanunvericilikdə dəyişikliklərlə bağlı 4 qanun layihəsinə baxılıb.

1news.az xəbər verir ki, iclası açan Milli Məclis Sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli gündəlikdəki “Prokurorluq haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi haqqında (birinci oxunuş) və “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi haqqında (birinci oxunuş) iki məsələnin bir-birilə bağlı olduğunu bildirib.

Hər iki qanun layihəsini təqdim edən Azərbaycan Respublikası Baş Prokurorluğunun Hüquqi Təminat və İnsan Hüquqları Məsələləri İdarəsinin rəisi Aynur Osmanova dəyişikliklərin ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatlarının qanunvericilik bazasının möhkəmləndirilməsinə xidmət etdiyini vurğulayıb. Bildirib ki, qanunlara ediləcək bu dəyişikliklər prokurorluq orqanlarının maddi-texniki bazasının artırılmasına, işçilərin maddi təminatının yaxşılaşdırılmasına, peşəkarlığının yüksəldilməsinə yönəldilib. O, layihələrdə irəli sürülən stimullaşdırıcı tədbirlərin həm beynəlxalq, həm də Azərbaycan təcrübəsində mövcud olduğunu, hazırda qəbul edilmiş dövlət proqramı və strategiyalarında nəzərdə tutulduğunu qeyd edib.

Çıxış edən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, komitə üzvləri Tahir Kərimli, Nizami Səfərov və Elşən Musayev qanun layihələri ilə bağlı fikirlərini səsləndiriblər və müzakirələrin sonunda hər iki məsələ birinci oxunuşda Milli Məclisin müzakirəsinə tövsiyə olunub.

Sonra “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi barədə (ikinci oxunuş) məsələyə baxılıb. Komitə üzvü Kamal Cəfərov məlumat verib ki, qanun layihəsi kənd təsərrüfatı sahəsində subsidiyaların verilməsi sahəsində korrupsiya hallarının və dövlət tərəfindən aqrar sektora əvəzsiz olaraq ayrılan maliyyə vəsaitlərinin təyinatına uyğun istifadə edilməməsinin qarşısını almaq üçün nəzərdə tutulub. Komitə qanun layihəsini ikinci oxunuşda parlamentin plenar iclasına tövsiyə edib.

Gündəliyin dördüncü məsələsi - “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi haqqında (üçüncü oxunuş) komitə sədri Əli Hüseynli məlumat verib. Təqdim olunan qanun layihəsinin 2019-cu il noyabrın 29-da Vergi Məcəlləsində edilən dəyişikliyə uyğunlaşdırma xarakteri daşıdığını deyən komitə sədri bununla qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borclarını ödəyə bilməyən sahibkarlara dövlətin maliyyə amnistiyası verdiyini bildirib. Sonra qanun layihəsi üçüncü oxunuşda parlamentin plenar iclasına tövsiyə olunub.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin onlayn iclasında komitə sədrinin müavini Qüdrət Həsənquliyev, üzvləri - Fəzail Ağamalı, Əminə Ağazadə, Sabir Hacıyev, Nurlan Həsənov, Vüqar İskəndərov, Erkin Qədirli, Azay Quliyev, Cəbi Quliyev, Bəhruz Məhərrəmov, Madər Musayev və digər rəsmi şəxslər də iştirak edib.

Paylaş:
532

Son xəbərlər

Azərbaycan və Almaniya XİN başçıları görüşübBu gün, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilibBu gün, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılırBu gün, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaqBu gün, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənirBu gün, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdiBu gün, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldıBu gün, 15:11Goranboyda qadın bıçaqlanıbBu gün, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTOBu gün, 14:19Qubada iki avtomobil toqquşubBu gün, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olubBu gün, 14:02ƏMDX növbəti torpaq hərraclarını elan edibBu gün, 13:51COP 29 çərçivəsində “City for People in Baku” tədbiri keçirilib - FOTOBu gün, 13:45AYNA “Ukrayna dairəsi”ndə yeni layihə hazırlayıb - VİDEOBu gün, 13:10Azərbaycanda Avrasiya Dağ Kurortları Festivalı keçiriləcəkBu gün, 12:50Azərbaycanda 9 ayda aşkarlanıb blokkanan domenlərin sayı açıqlanıbBu gün, 12:35Şənbə günü hava necə olacaq? - PROQNOZBu gün, 12:33Bakıda gənc oğlan faciəli şəkildə ölübBu gün, 12:29İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edibBu gün, 12:09Hava gəmilərinə uçuşların təhlükəsizliyi ilə bağlı nəzarətin həyata keçirilməsi qaydası təsdiqlənibBu gün, 12:04
Bütün xəbərlər