Zəngəzur dəhlizi – tərəqqiyə gedən yol | 1news.az | Xəbərlər
Siyasət

Zəngəzur dəhlizi – tərəqqiyə gedən yol

S.Xankişiyeva10:09 - 07 / 04 / 2021
Zəngəzur dəhlizi – tərəqqiyə gedən yol

10 noyabr 2020-ci il tarixində Rusiyanın iştirakı ilə özündə doqquz bəndi əks etdirən bəyanatın imzalanması bir tərəfdən Ermənistanı kapituliyasiyaya məcbur etdi, digər tərəfdən Ali Baş Komandan, Böyük Sərkərdə İlham Əlyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun gücünü bütün dünyaya nümayiş etdirdi.

Bəyanatın daha vacib məqamlarından biri isə insan tələfatının, qan tökülməsinin qarşısının alınması, Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə insanların yaşamaq hüququnun təmin olunması, beynəlxalq mədəni əlaqələri, iqtisadi, sosial və ekoloji təhlükəsizliyi təmin etməsidir.

Dünyanın qarşılaşdığı və yaşadığımız koronavirus pandemiyası ilinin, zəfər çaldığımız İkinci Qarabağ müharibəsinin yaratdığı bütün çətinliklərə baxmayaraq Azərbaycan dövlətinin əsas hədəfi Cənubi Qafqazda sülhün qorunub saxlanılması, Azərbaycanın suverenliyinin tam bərpa olunması, beynəlxalq təşkilatların qəbul etdiyi universal və ümumbəşəri sənədlərin icra olunması və əmin-amanlığı uzunmüddətli prosesə çevirməkdir. Bu proses öz növbəsində ölkəmizlə yanaşı, regionun, böyük Türk dünyasının, habelə tərəqqiyə doğru yol tutmuş dost dövlətlərin sosial-iqtisadi rifahına, sülh və təhlükəsizliyə birbaşa təsir edəcəkdir.

İmzalanmış bəyanatın 9-cu bəndində Zəngəzur dəhlizi ilə bağlı anlaşmanın qəbul olunması Azərbaycan xalqının multikultural dəyərlərə və tolerantlıq ideologiyasına sədaqətinin rəmzi, habelə bəndin müəllifi olmuş Prezident İlham Əliyevin uzaqgörən və uğurlu siyasətinin bariz nümunəsidir.

Zəngəzur dəhlizinin regionda yeni nəqliyyat imkanları yaratması Avropa ilə Asiyanın daha sıx birləşməsinin geosiyasi əhəmiyyətini artıracaq, həmçinin Türk dünyasının əlaqələrini xeyli möhkəmləndirəcəkdir. Bu dəhliz eyni zamanda beynəlxalq yük daşımaları vasitəsilə ticari dövriyyənin, xalqlar arasında mədəni əlaqələrin daha da dərinləşməsinə öz töhfəsini verəcək, insanların gələcəklərinin daha etibarlı olmasına və yaxşı yaşamalarına şərait yaradacaqdır.

Bu gün Azərbaycan BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini icra etməklə bir tərəfdən dünyada ədalətin bərpa olunmasına, digər tərəfdən isə dövlət və xalqlararası beynəlxalq mədəni əlaqələrin genişlənməsinə dair yeni çağırışların və reallıqların zəruriliyini ortaya qoydu.

Tarixi torpağımız olan Zəngəzurun üzərindən dəhlizin bərpası regionda həm də yeni siyasi-coğrafi ədalətin zəfərinə yol açmaqdadır. Doğrudan da bu dəhlizin tərəqqiyə gedən yol olması özünü həm iqtisadi-sosial, mədəni-siyasi sahələrdə göstərməklə yanaşı, eyni zamanda sülhün və təhlükəsizliyin qarantı qismində çıxış etməsinə də dəlalət edir.

Zəngəzur dəhlizi dünya dövlətlərinin 2030-cu ilədək rəhbər tutduqları universal sənəd olan “Dayanıqlı İnkişaf Məqsədləri”nə tam cavab verir. Belə ki, ölkəmiz türkdilli, habelə dünya xalqları arasında inteqrasiyanın gücləndirilməsində əsaslı rol oynayaraq dayanıqlı inkişaf məqsədlərinin təməlini təşkil edən sülh və rifah (DİM16), xalqlar və dövlətlərarası əməkdaşlığın davamlı təmininə (DİM 17) nail olacaqdır. Dəhlizin yaradacağı iqtisadi potensial isə öz növbəsində layiqli əməyin təşviqinə, iqtisadi artıma (DİM8) və yoxsulluqla mübarizəyə (DİM1) əsaslı zəmin yaradacaqdır.

Məzahir Əfəndiyev

Azərbaycan Respublikası

Milli Məclisinin deputatı

Paylaş:
608

Son xəbərlər

Azad edilmiş rayonlarda nə qədər iş yeri yaradılıb? - Statistika açıqlandıBu gün, 11:58Şəkərli diabetin müayinə və stasionar müalicəsi icbari tibbi sığorta ilə qarşılanırBu gün, 11:36FHN dəm qazı təhlükəsi ilə əlaqədar əhaliyə müraciət edibBu gün, 11:32Azərbaycan Prezidenti Mavritaniyanın dövlət başçısına təbrik məktubu ünvanlayıbBu gün, 11:22Dövlət başçısı Timor-Leste Demokratik Respublikasının Prezidentini təbrik edibBu gün, 11:19Məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbul başlayıbBu gün, 11:11“Bərgüşadçay” yedək gəmisi istismara verilibBu gün, 11:08İlham Əliyev Albaniya Prezidentini təbrik edibBu gün, 11:07Suqovuşan-Sərsəng su anbarı-Qozlukörpü-Kəlbəcər avtomobil yolunun inşası davam edir - FOTO - VİDEOBu gün, 11:02COP29 zamanı İçərişəhər və Qala muzeyləri 12000-dən artıq ziyarətçi qəbul edibBu gün, 11:00Paşa Kapitalda “SİMA İmza” ilə məsafədən hesab açmaq imkanı yaradılıbBu gün, 10:41LG telefon bazarını tərk etdiBu gün, 10:34Psixoloq: Oyuncaqlar uşaqların xarakterini formalaşdırırBu gün, 10:20Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilibBu gün, 10:11Bakıda yağıntılı hava şəraiti hökm sürür - FAKTİKİ HAVABu gün, 09:58Doktoranturada təhsil alanlar üçün xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçiriləcəkBu gün, 09:50Adil Kərimlinin X Qlobal Forumda məruzəsi dinlənilibBu gün, 09:46BDU-nun Astrofizika kafedrası: “Noyabrın 28-29-da geomaqnit qasırğası gözlənilir”Bu gün, 09:30AMB 28 noyabra olan valyuta məzənnələrini açıqladıBu gün, 09:29Bakıda qarlı havalara hazırlıq işləri görülür, texnikalar hazır vəziyyətə gətirilibBu gün, 09:20
Bütün xəbərlər