Moody’s Azərbaycan Beynəlxalq Bankının reytinqini yüksəltdi | 1news.az | Xəbərlər
İqtisadiyyat

Moody’s Azərbaycan Beynəlxalq Bankının reytinqini yüksəltdi

S.Xankişiyeva10:15 - 14 / 04 / 2021
Moody’s Azərbaycan Beynəlxalq Bankının reytinqini yüksəltdi

Moody’s Beynəlxalq Reytinq Agentliyi Azərbaycan Beynəlxalq Bankının reytinqlərinə yenidən baxıb.

Agentlik Bankın reytinq proqnozlarını yaxşılaşdıraraq Stabildən Pozitivə dəyişib. Bankın kredit ödəmə qabiliyyəti reytinqi də bir pillə yüksələrək b3-dən b2-də qərarlaşıb. Bankın uzunmüddətli depozit reytinqi isə B1 səviyyəsində saxlanıb. Bankın beynəlxalq reytinqləri ilə bağlı daha ətraflı məlumatları buradan əldə etmək olar.

Moody’s analitiklərinin Bankın reytinq proqnozlarını pozitiv qiymətləndirməsi Azərbaycanın ölkə reytinqinin gələcəyinə pozitiv baxışlardan irəli gəlir. Kredit ödəmə qabiliyyəti reytinqinin bir pillə irəliləməsində isə Bankın yüksək gəlirliliyi və kapital adekvatlığı səviyyəsi mühüm rol oynayıb. Bu, Agentlik ekspertlərinin şərhində də xüsusi vurğulanır. Qeyd edilir ki, pandemiya şəraitinin iqtisadiyyat üçün yaratdığı çətinliklərə baxmayaraq Bank yüksək gəlirliliyini və kapital mövqeyini qoruya bilib. Bankın kapital adekvatlığı əmsalı hazırda tənzimləyicinin müəyyən etdiyi normadan bir neçə dəfə çox - 33.3% səviyyəsindədir. Bu da gələcəkdə yarana biləcək hər hansı risklərin qarşısının alınmasına imkan yaradır.

Azərbaycan Beynəlxalq Bankının yerli və xarici valyutada qısamüddətli depozit reytinqinin B1 səviyyəsində olması da Bankın kredit qabiliyyətinin inkişafını əks etdirir. Moody’s Azərbaycan Beynəlxalq Bankının depozit reytinqinə hökumət dəstəyini də yüksək səviyyədə dəyərləndirir.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının universal və faydalı məhsul və xidmətləri barədə bütün məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi “Facebook” səhifəsindən əldə etmək olar.

Reklam hüququnda

Paylaş:
421

Son xəbərlər

Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblərBu gün, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcəkBu gün, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHIBu gün, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18“Sako” ləqəbli tiktoker saxlanılıbBu gün, 13:09
Bütün xəbərlər