VISA Azərbaycan Beynəlxalq Bankını 2 dəfə mükafatlandırdı | 1news.az | Xəbərlər
İqtisadiyyat

VISA Azərbaycan Beynəlxalq Bankını 2 dəfə mükafatlandırdı

S.Xankişiyeva15:35 - 15 / 04 / 2021
VISA Azərbaycan Beynəlxalq Bankını 2 dəfə mükafatlandırdı

VISA Beynəlxalq Ödəniş Sisteminin regiondakı əsas tərəfdaşlarından olan Azərbaycan Beynəlxalq Bankı təşkilatın iki mükafatına layiq görülüb.

Mükafatlardan biri Bankın VISA ilə tərəfdaşlıq çərçivəsində ölkəmizdə ilk dəfə olaraq dəmiryolu nəqliyyatında Bank kartları ilə təmassız ödəniş imkanı yaratması ilə bağlıdır. Bu layihə ötən ilin sentyabrında təqdim edilib. Yaxın zamanda Bakı–Sumqayıt istiqamətində bütün dəmiryolu stansiyalarında təmassız keçidin tətbiqi planlaşdırılıb.

VISA-nın Azərbaycan Beynəlxalq Bankına təqdim etdiyi daha bir mükafat isə NFC texnologiyası əsasında ödəniş üzüklərinin tətbiqi üzrə əməkdaşlığa aiddir. Xatırladaq ki, Bankın ölkəmizə gətirdiyi ilklərdən olan ödəniş üzüklərinin tətbiqinə ötən ilin əvvəlindən başlanıb. Bu üzüklər adi bank kartının bir çox funksiyalarını yerinə yetirir. VISA kartları ilə təmassız ödəniş aparmağın mümkün olduğu əksər yerlərdə bu üzüklərdən istifadə edib ödənişləri qısa zamanda həyata keçirmək olar. Ödəniş aparan zaman üzüyün üst hissəsini POS terminala yaxınlaşdırmaq kifayətdir. Bu zaman ödəniş əməliyyatı cəmi 1-2 saniyə ərzində başa çatır. Bankın NFC texnologiyasını dəstəkləyən yeni ATM-lərində də bu üzüklərdən istifadə etmək imkanı var. Üzük su keçirmədiyindən onu ağır zərbələrdən, kimyəvi maddələrin təsirindən qorumaqla həmişə barmaqda gəzdirmək olar.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının universal və faydalı məhsul və xidmətləri barədə bütün məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi “Facebook” səhifəsindən əldə etmək olar.

Reklam hüququnda

Paylaş:
406

Son xəbərlər

Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblərBu gün, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcəkBu gün, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHIBu gün, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18“Sako” ləqəbli tiktoker saxlanılıbBu gün, 13:09
Bütün xəbərlər