Saatlıda yas mərasimi aşkarlandı | 1news.az | Xəbərlər
Cəmiyyət

Saatlıda yas mərasimi aşkarlandı

Qafar Ağayev12:03 - 19 / 04 / 2021
Saatlıda yas mərasimi aşkarlandı

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xüsusi karantin rejimi ilə əlaqədar aparılan reydlər zamanı rayonun Fətəlikənd kəndindəki fərdi yaşayış evində yas mərasiminin keçirildiyi aşkar edilib.

DİN-in Mətbuat Xidmətindən 1news.az-a verilən məlumata görə, həmin ünvana baxış keçirilən zaman sanitar-gigiyena və karantin qaydalarının pozulduğu müəyyən edilib.

Ev sahibi və orada olan şəxslərlə izahedici söhbətlər aparılıb, qaydalara riayət etməyin vacibliyi bildirilib.

Polis əməkdaşları tərəfindən mərasimin təşkilatçısı barəsində qanunamüvafiq tədbir görülüb.

Paylaş:
540

Son xəbərlər

Bu rayonlarda qaz olmayacaq

05 / 02 / 2025, 13:54
Bütün xəbərlər