Neftçalada su qıtlığını aradan qaldırmaq üçün yeni layihə icra olunacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Neftçalada su qıtlığını aradan qaldırmaq üçün yeni layihə icra olunacaq

Qafar Ağayev12:29 - 19 / 04 / 2021
Neftçalada su qıtlığını aradan qaldırmaq üçün yeni layihə icra olunacaq

Neftçala rayonunun yaşayış məntəqələrinin su təminatında yaranmış mövcud çətinliklə əlaqədar müşavirə keçirilib.

Neftçala Rayon İcra Hakimiyyətindən 1news.az-a verilən məlumata görə, rayon ərazisində Kür çayında suyun səviyyəsinin aşağı düşməsi, Xəzər dənizinin suyunun çay boyunca əks istiqamətdə axaraq suyu şorlaşdırması nəticəsində əhalinin içməli su ilə təminatında və əkin sahələrinin suvarılmasında çətinlik yaranıb. Mövcud problemin həlli ilə əlaqədar olaraq Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidovun, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Etibar Məmmədovun və digər məsul şəxslərin iştirakı ilə müşavirə keçirilib. Azərbaycan Respublikasının Prezidentinin 11 dekabr 2019-cu il tarixli Sərəncamı ilə “Azərsu” ASC tərəfindən Salyan şəhərindən Neftçala şəhərinə 560 mm- lik 39,2 km polietilen su xətti çəkilib və Neftçala şəhəri ərazisində Neftçala Su Kanal İdarəsinin abonenti olan vətəndaşlar keyfiyyətli içməli su ilə təmin olunur.

Prezident İlham Əliyevin tapşırığına əsasən “Azərsu” ASC tərəfindən 2021-ci ildə icrası nəzərdə tutulan işlər müşavirədə müzakirə olunub. Qeyd olunan təkliflərə əsasən Neftçala şəhərində və Xəzər dənizin Kür çayına daxil olması nəticəsində içməli su təminatında çətinlik yaşayan kəndlər mövcud vəziyyətə uyğun analiz olunub. Əhali sayı, su alan abonentlərin mövcud vəziyyəti, şəhər əhalisi su təminatı, kəndlər və qəsəbələrdə olan modul tipli su təmizləyici qurğuların, yerlərdə su bulaqlarının mövcud vəziyyəti, 2020-ci ildə Neftçala RİH-nin təşəbbüsü ilə yerləşdirilən su çənlərinin mövcud vəziyyəti, yeni çəkilən su xətti üzərində inşa olunan qüllələr, su daşıyan texnikaların qrafikləri geniş şəkildə müzakirə olunub. Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov əhalinin qısa zamanda içməli su ilə təmin olunması üçün “Azərsu” ASC-ə vətəndaşları daha çox narahat edən məsələlər ətrafında təkliflərlə çıxış edib. Keçirilən məhsuldar görüşdə, təkliflər toplanaraq, yenidən qiymətləndirmə üçün mütəxəssislərlə müzakirəyə göndərilib. Yaxın zamanda işlərin icrasına başlanılması haqqında qərar qəbul olunub.

Paylaş:
492

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib22 / 11 / 2024, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır22 / 11 / 2024, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaq22 / 11 / 2024, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənir22 / 11 / 2024, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi22 / 11 / 2024, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldı22 / 11 / 2024, 15:11Goranboyda qadın bıçaqlanıb22 / 11 / 2024, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTO22 / 11 / 2024, 14:19Qubada iki avtomobil toqquşub22 / 11 / 2024, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olub22 / 11 / 2024, 14:02
Bütün xəbərlər