Gəncə yol polisi reyd keçirdi - avtoxuliqanlıq edənlər saxlanıldı - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Gəncə yol polisi reyd keçirdi - avtoxuliqanlıq edənlər saxlanıldı - FOTO

Qafar Ağayev09:38 - 21 / 04 / 2021
Gəncə yol polisi reyd keçirdi - avtoxuliqanlıq edənlər saxlanıldı - FOTO

Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları şəhər ərazisində avtoxuliqanlıq edərək ictimai-asayişi nümayişkəranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan sürücülərə qarşı tədbirlərini davam etdirir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan 1news.az-a verilən məlumata görə, reyd zamanı polis əməkdaşları sürücülərlə profilaktiki söhbətlər apararaq, şəhər ərazisində qanunla müəyyən edilmiş sürət həddində hərəkət etməyi, avtomobillər arası ara məsafəsinin saxlanılması, dayanma-durma və digər zəruri qanunlara riayət etdilməsi barədə tövsiyələr verib. Bundan başqa avtomobildə konstruksiya dəyişikliyi aşkar edilən sürücülər barəsində də qanunamüvafiq tədbir görülüb.

Reyd zamanı şəhər sakini, 24 yaşlı Eltun Həmidlinin idarə etdiyi “VAZ 2115” markalı avtomobil ilə yollarda intizamsızlıq edərək, yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq etdiyi məlum olub. Həmin şəxs barəsində DYPŞ-nin əməkdaşları tərəfindən inzibati qaydada protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə 15 gün müddətinə inzibati qaydada həbs edilən E. Həmidli, sürücülük hüququndan da 1 il müddətinə məhrum edilib.

Göygöl rayonunda da anoloji tədbirlər davam etdirilir. Sərxoş halda avtomobillərin idarə olunması və baş verə biləcək qəzaların qarşının alınması məqsədi ilə mütəmadi olaraq reydlər keçirilir. Keçirilən reydlər zamanı nəqliyyat vasitəsini müvafiq sənədləri, sürücülük hüququ olmadan idarə edən, təhlükəsizlik kəmərindən istifadə etməyən, avtomobildə konstruksiya dəyişikliyi edən sürücülər də aşkarlanıb. Onlar barəsində müvafiq tədbirlər görülüb. Həmçinin avtoxuliqanlıq edən sürücülərə də rast gəlinib

Paylaş:
715

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib22 / 11 / 2024, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır22 / 11 / 2024, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaq22 / 11 / 2024, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənir22 / 11 / 2024, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi22 / 11 / 2024, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldı22 / 11 / 2024, 15:11Goranboyda qadın bıçaqlanıb22 / 11 / 2024, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTO22 / 11 / 2024, 14:19Qubada iki avtomobil toqquşub22 / 11 / 2024, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olub22 / 11 / 2024, 14:02
Bütün xəbərlər