Ramazanın doqquzuncu gününün duası, imsak və iftar vaxtı – TƏQVİM
Aprelin 22-i Ramazan ayının 9-cu günüdür.
1news.az-ın verdiyi xəbərə görə, QMİ-nin açıqladığı Ramazan təqviminə əsasən, sabah üçün imsak vaxtı saat 04:15, iftar vaxtı isə 19:41-ə təyin olunub.
9-cu günün duası:
“Allahumməc-əl li fihi nəsibən min rəhmətikəl-vasiə. Vəhdini fihi libərahinikəs-satiə. Və xuz binasiyəti ila mərzatikəl-camiə. Biməhəbbətikə ya əmələl-müştaqin”
Tərcüməsi:
“İlahi, bu ayda mənə Öz geniş mərhəmətindən pay ver, Öz açıq-aşkar sübutlarınla yol göstər, Səni razı salacaq bütün şeylərə doğru məni apar, Öz məhəbbətin xatirinə, ey arzusu olanların Pənahı!”
İftar duası:
“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli”.
Tərcüməsi:
“İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”
Allah tutduğunuz orucu, etdiyinin duaları qəbul etsin!