Hacıqabulda yeni məktəb tikintisi ilə bağlı 1,5 milyon manat ayrıldı | 1news.az | Xəbərlər
Rəsmi

Hacıqabulda yeni məktəb tikintisi ilə bağlı 1,5 milyon manat ayrıldı

12:53 - 21 / 04 / 2021
Hacıqabulda yeni məktəb tikintisi ilə bağlı 1,5 milyon manat ayrıldı

Prezident İlham Əliyev Hacıqabul şəhərində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

1news.az-ın dövlət başçısının dövlət başçısının rəsmi saytına istinadən məlumatına görə, sərəncama əsasən, Hacıqabul şəhərində 432 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 1,5 milyon (bir milyon beş yüz min) manat ayrılıb.

Paylaş:
455

Son xəbərlər

Sabahın havası açıqlandı

13 / 09 / 2025, 12:56
Bütün xəbərlər