“Soros fondu Azərbaycana təzyiq üçün axtardığı boşluqları çox vaxt AŞPA-da tapır” - Deputat | 1news.az | Xəbərlər
Siyasət

“Soros fondu Azərbaycana təzyiq üçün axtardığı boşluqları çox vaxt AŞPA-da tapır” - Deputat

Qafar Ağayev16:58 - 22 / 04 / 2021
“Soros fondu Azərbaycana təzyiq üçün axtardığı boşluqları çox vaxt AŞPA-da tapır” - Deputat

“Soros fondunun əsas fəaliyyətini post-sovet ölkələrində rəngli inqilablar törətmək təşkil edir”.

Bunu 1news.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

“Hakimiyyətə elə insanlar gətirmək istəyirlər ki, onlar öz xalqının milli maraqlarına deyil, məhz onları hakimiyyətə gətirən xarici qüvvələrin maraqlarına xidmət etsin. Ölkənin milli maraqları tapdansın, istədikləri kimi ölkənin sərvətlərini talasınlar. Belə inqilabları Gürcüstanda, Ukraynada həyata keçirdilər. Bu nöqteyi-nəzərdən hesab edirəm ki, Soros fondunun Azərbaycana bəlli münasibəti var. Azərbaycan dövləti, onun rəhbəri İlham Əliyev ilk növbədə müstəqil və Azərbaycan xalqının milli maraqlarına söykənən siyasət həyata keçirir. Hər hansı böyük bir dövlətin, beynəlxalq təşkilatın diqtəsi ilə fəaliyyət göstərmir. Belə olan halda Soros fondu, onun rəhbərinin Azərbaycana münasibətdə dövlət çevrilişi etmək, inqilablar etmək niyyəti puç olur. Bu məqsəd üçün onlar 5-ci kolon da yaradırlar, daxildə müəyyən radikal qruplar da formalaşdırırlar, onlar üçün maliyyə xərcləyirlər ki, təki dövlət çevrilişi, inqilab etsinlər və hakimiyyətə istədikləri adamı gətirsinlər. Amma bu Azərbaycanda baş vermir. Bunun səbəbi isə Azərbaycanda səfərbər olunmuş cəmiyyət var, vətəndaş həmrəyliyi hökm sürür, siyasi sabitlik var, xalq öz prezidentini birmənalı müdafiə edir, onun arxasında durur. Prezident də arxasında duran xalqın bütün mənafeyini qoruyur”.

Elman Nəsirov
Milli Məclisin deputatı Elman Nəsirov

Deputat qeyd edib ki, 2005-ci ildə post-sovet məkanında Soros fondunun maliyyə dəstəyi ilə “narıncı inqilablar” çox populyar idi:

“Azərbaycana da narıncı geyimlər, narıncı bantlar gətirmişdilər, hazırlaşırdılar ki, Azərbaycanda belə inqilablar həyata keçirsinlər. Amma baş tutmadı. Baş tutmamasının səbəbi isə xalq - hakimiyyət birliyinin olması idi. 2010-cu ildə ərəb baharından sonra Soros fondu ümidləndi ki, artıq münbit şərait var, ərəb baharı başlayır, ölkələrdə inqilab havası var. Azərbaycanda da bunu etmək istədilər, yenə də baş tutmadı. Səbəb isə eyni idi, xalq öz prezidentini dəstəkləyirdi. Ona görə hər dəfə çalışırlar ki, Azərbaycana qarşı şər-böhtan kampaniyası həyata keçirsinlər, səfərbər olunmuş cəmiyyəti parçalasınlar, vətəndaş həmrəyliyini pozsunlar, siyasi sabitliyi laxtalatsınlar. Bu istiqamətdə müntəzəm fəaliyyət göstərirlər. Bu nöqteyi-nəzərdən Azərbaycan Xalq Cəbhəsi Partiyasının imkanlarından, antimilli Milli Şuranın imkanlarından bəhrələnmək istəyirlər. Bütün bu cəhdlərə rəğmən heç bir nəticə əldə olunmur”.

Soros fondunun müxtəlif nöqtələrdən Azərbaycana təzyiq etmək istədiyini, müəyyən boşluqlar axtardığını deyən E.Nəsirovun sözlərinə görə, belə boşluqları çox vaxt Avropa Şurası Parlament Assambleyasında tapırlar:

"Orada Sorosa xidmət edən müəyyən deputatlar var ki, bu heç kəsə sirr deyil. Bunları gizlədə bilmirlər. Heç uzağa getməyək, bu günlərdə Ermənistan nümayəndə heyəti məsələ qaldırdı ki, guya Azərbaycan erməni hərbi əsirlərini saxlayıb və geri qaytarmır. Halbuki onlar hərbi əsir deyil, terrorçu, diversantdılar. O məsələnin AŞPA-da müzakirəsi zamanı şahidi olduq ki, 93 AŞPA parlamentarisi həmin məsələnin gündəliyə salınmasının lehinə səs verdi. Onların əksəriyyəti Sorosun dəstəklədiyi deputatlardı. Yalnız 21 nəfər əleyhinə oldu, 18 nəfər isə bitərəf qaldı. Biz bunu dəfələrlə görmüşük, Azərbaycana münasibətdə nə qədər haqsız davranışların şahidi olmuşuq. Çalışırlar ki, bizə təzyiq göstərsinlər, biz milli mənafeyi kənara qoyaq, həmin beynəlxalq qurumların, onları maliyyələşdirən böyük dövlətlərin istədiyi kimi hərəkət edək. Bu isə qeyri-mümkündür.

Cənab Prezidentin dediyi kimi ayrı-ayrı dövlətlərin qanadları altına sığınıb siyasət həyata keçirmək ən asan yoldu, amma biz o yolu seçmədik. Biz çətin, lakin şəfərli yol seçdik, müstəqillik yolunu seçdik. Təbii ki, böyük dövlətin qanadı altına sığınan dövlət onun diqtəsi ilə işləyəcək, diqtə ilə işləyəndə isə xalqın milli maraqlarını kənara atacaq, onun sərvərləri talan olunacaq. Amma cənab Prezident heç bir zaman buna getməyib və getməyəcək, bu bəlli həqiqətdir. Çünki onun üçün hər şeydən əvvəl xalqıdır, onun milli maraqlarıdır. Bütün bunları xalqımız görür, ona görə də AŞPA və digər qurumlar, yəni Sorosun əlinin çatdığı istənilən nöqtədən bizə ünvanlanmış zərbələrə xalqımız sinəsini irəli verib və daha böyük monolit birlik numayiş etdirir. Birliyimiz və həmrəyliyimiz bizim nicat yolumuzdur, əks halda ölkəmizə xaos və anarxiya gətirmək istəyən çoxsaylı siyasi dairələr var, onların da maliyyə təminasını Soros həyata keçirir”.

Paylaş:
316

Son xəbərlər

Bakıda film kimi hadisə: gənc oğlandan ağılagəlməz hiyləBu gün, 10:49Ombudsmandan “İnsan Hüquqları Aylığı” ilə MÜRACİƏTBu gün, 10:41Xırdalanda partlayış səsləri eşidilibBu gün, 10:39Təlimlərdə PUA heyətləri təlim tapşırıqlarını icra edir - VİDEOBu gün, 10:11Azərbaycan Prezidenti bölgədə münaqişə sonrası vəziyyəti müsbət qiymətləndiribBu gün, 10:04ABŞ Prezidentinin müşaviri Azərbaycan Prezidentinə zəng edibBu gün, 09:49“Eurovision-2021”də Azərbaycan olan səsverməni bu şəxslər elan edəcək - ADLARBu gün, 09:33Manatın xarici valyutalara qarşı rəsmi məzənnəsiBu gün, 09:31Hikmət Hacıyev Brüsseldə Avropa İttifaqı komissarı ilə görüşübBu gün, 09:28Bu gündən Azərbaycanda “Sputnik V” peyvəndinin tətbiqinə başlanılırBu gün, 09:19Məktəblərin qismən açılması və tədrisin ənənəvi qaydada bərpası - “Çıxışa doğru”da MÜZAKİRƏ – FOTO – VİDEOBu gün, 09:11Dolların sabaha olan rəsmi məzənnəsi açıqlanıb17 / 05 / 2021, 18:01Separatçılar hərbi təlimlərə başladılar - müharibə ehtimalı artır17 / 05 / 2021, 17:58İki güləşçimiz AÇ-nin yarımfinalında17 / 05 / 2021, 17:43Naxçıvan Qarnizonu Qoşunlarında növbəti komanda-qərargah təlimi başlayıb - FOTO - VİDEO17 / 05 / 2021, 17:36Komitə Dmanisidəki insidentlə bağlı məlumat yaydı: 8 nəfər saxlanılıb17 / 05 / 2021, 17:19Bakıda avtomobil sürücüsü motosikletçini belə vurdu - VİDEO17 / 05 / 2021, 17:10Bu gün 3694 nəfərə vaksin vurulub - STATİSTİKA17 / 05 / 2021, 16:49Azərbaycanda 17 maya olan koronavirus statistikası açıqlandı17 / 05 / 2021, 16:36Unibank yeni inkişaf mərhələsinə qədəm qoyur17 / 05 / 2021, 16:33
Bütün xəbərlər

Next TV