Suqovuşanda Ağıllı Şəbəkə Konsepsiyası tətbiq edilir - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Suqovuşanda Ağıllı Şəbəkə Konsepsiyası tətbiq edilir - VİDEO

S.Xankişiyeva10:57 - 22 / 04 / 2021
Suqovuşanda Ağıllı Şəbəkə Konsepsiyası tətbiq edilir - VİDEO

Ağıllı Şəbəkə Konsepsiyası işğaldan azad olunan digər ərazilərdə olduğu kimi Suqovuşan ərazisində də tətbiq edilir.

“Azərişıq” ASC-nin Tədris Mərkəzinin rəhbəri Araz Məmmədov Trend-ə açıqlamasında bildirib ki, Suqovuşan qəsəbəsinə iki dövrəli 35 kV-luq elektrik veriliş xəttinin çəkiliş işləri davam edir: "Cənab Prezident İlham Əliyevin müvafiq fərmanına uyğun olaraq səhmdar cəmiyyət “Azərişıq Qarabağda” layihəsi çərçivəsində Suqovuşan ərazisində işləri sürətləndirib.

İşğaldan azad olunmuş Suqovuşan qəsəbəsinə 110/35/6 kv-luq Tərtər yarımstansiyasından 35 kV-luq elektrik veriliş xəttinin çəkilməsi işləri davam etdirilir".

A.Məmmədov bildirib ki, Ağıllı Şəbəkə Konsepsiyası işğaldan azad olunan digər ərazilərdə olduğu kimi Suqovuşan ərazisində də tətbiq edilir: "35 kV-luq iki dövrəli xətt izoliyasiyalı kabellə çəkilir. Belə xətlərdə itkilər minumuma enir, əlverişsiz hava şəraitinə daha dözümlüdür, buzlaşmaya qarşı daha dayanıqlıdır, həmçinin belə xətlərin keçdiyi ərazilərdə mühafizə zolağı daha az olur, xəttlərə texniki xidmət xərci minumuma enir.

Suqovuşan qəsəbəsinin daxili şəbəsində isə 0.4 kv hava xətləri bərpa edilmiş, yeni SİP kabellər çəkilmişdir. Qısa müddət ərzində qəsəbəyə elektrik enerjisinin verilişi bərpa ediləcək. Bunun üçün lazım olan bütün mal-material əraziyə göndərilib".

Paylaş:
402

Son xəbərlər

Xızıda kanalda meyiti tapılan şəxsin kimliyi məlum olubBu gün, 17:45Qazaxda yaşadığı evdə narkotik vasitə və odlu silah saxlayan şəxs saxlanılıbBu gün, 17:38Şimşək çaxacaq, yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 17:19İlham Əliyev Rusiyaya səfərə gəlib - FOTOBu gün, 16:59NİİM: Ziya Bünyadov prospekti istiqamətində təmirə görə sıxlıq yaranıbBu gün, 16:19MEDİA: Azərbaycan Prezidenti adından saxta məlumat yayılıbBu gün, 16:02Bakıda qazanxanadakı partlayışla bağlı araşdırmalara başlanılıbBu gün, 15:44Sabirabadda dayı bacısı oğlunu avtomobillə vurubBu gün, 15:25Həyat yoldaşı Leyla və 8 aylıq körpəsini öldürən şəxs ömürlük azadlıqdan məhrum edilibBu gün, 14:49Xaricdə təhsil almış 233 nəfərin diplomu tanınmayıbBu gün, 14:07“Suriya və İraqdan 8 Azərbaycan vətəndaşı repatriasiya edilib” - XİNBu gün, 13:32Sabahın hava proqnozuBu gün, 13:19Umico.az-da ilk alış-verişinizi kreditlə aylıq cəmi 0.33 %-dən başlayan komissiya ilə edin!Bu gün, 11:49Kapital Bank-ın Depozit lotereyasının 1-ci tirajının qalibləri bəlli olduBu gün, 11:32Göygöldə əqrəb sancan müəllim ölübBu gün, 11:13Binədə düşən davada bir nəfər bıçaqlanıbBu gün, 10:41“Kontakt”ın “Şeş-Qoşa” kampaniyasında daha bir avtomobil uduldu: Kampaniya noyabradək uzadıldıBu gün, 10:22DİN "toy karvanı" iştirakçılarına müraciət edibBu gün, 10:17Bakıda hərbi sursatlar aşkarlanıbBu gün, 10:11Anar: “Yazıçılar İttifaqının iki min neçə üzvü varsa, deməli, hamısı Elzadan yaxşı yazır?” - FOTO - VİDEOBu gün, 10:00
Bütün xəbərlər