“Nar” və AzTU əməkdaşlığın yeni istiqamətlərini müəyyənləşdirdi - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Nar” və AzTU əməkdaşlığın yeni istiqamətlərini müəyyənləşdirdi - FOTO

S.Xankişiyeva15:50 - 29 / 04 / 2021
“Nar” və AzTU əməkdaşlığın yeni istiqamətlərini müəyyənləşdirdi - FOTO

Ölkədə yerli kadrların yetişməsi, onların beynəlxalq rabitə bazarında seçilən peşəkarlardan birinə çevrilməsi məqsədilə “Nar” Azərbaycan Texniki Universiteti (AzTU) ilə əməkdaşlığın yeni istiqamətlərini müəyyənləşdirib.

“Azerfon” MMC-nin (“Nar” ticarət nişanı) Baş İcraçı direktoru Qunnar Panke və AzTU-nun rektoru Vilayət Vəliyev keçirdikləri görüşdə bu barədə müzakirələr aparıblar. Əsas prioritet olaraq yaşıl enerji sahəsində əməkdaşlıq imkanlarının dəyərləndiriliməsi müəyyən edilib və mövcud layihələrin karantin qaydalarına uyğun şəkildə davam etdirilməsi razılaşdırılıb.

Rektor AzTU-nun iqtisadiyyat və sənaye sahələri üzrə kadrlar hazırlamaq imkanı olduğunu bildirib: “Məqsədimiz biznesdən gələn tələblər və tələbələrin biznesin təcrübi problemlərilə tanışlığı əsasında rabitə bazarının ehtiyaclarına uyğun peşəkarlar hazırlamaqdır. Bu, həm də peşəkar ehtiyacın yerli kadrlarla ödənməsi baxımından yerli biznesin marağındadır”.

Azerfon MMC-nin Baş İcraçı direktoru Q.Panke isə universitetlə genişmiqyaslı layihələr həyata keçirmək niyyətində olduqlarını bildirib: “İnanıram ki, bizim əməkdaşlığımız texniki sahə üzrə təhsil alan tələbələri yeni nailiyyətlərə ruhlandırır. Əməkdaşlığımızın əsas məqsədi Azərbaycanda rabitə sahəsində peşəkar kadrların hazırlanmasına və onların beynəlxalq rabitə bazarında əcnəbi həmkarlarından daha üstün mövqeyə çatmasına dəstək olmaqdır”.

“Nar” 2015-ci ildə AzTU ilə imzalanmış Anlaşma Memorandumu əsasında bir sıra layihələr həyata keçirib. “Nar” GSM laboratoriyası, tələbələr üçün nəzəri və təcrübi təlimlər, əlaçıların mükafatlandırılması bu əməkdaşlıq çərçivəsində həyata keçirilir.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 90%-ni əhatə edir və 8740-dan artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

Reklam hüququnda

Paylaş:
261

Son xəbərlər

COP29: Azərbaycan qlobal danışıqlar platforması statusunu gücləndirirBu gün, 21:18Xızıda kanalda meyiti tapılan şəxsin kimliyi məlum olubBu gün, 17:45Qazaxda yaşadığı evdə narkotik vasitə və odlu silah saxlayan şəxs saxlanılıbBu gün, 17:38Şimşək çaxacaq, yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 17:19İlham Əliyev Rusiyaya səfərə gəlib - FOTOBu gün, 16:59NİİM: Ziya Bünyadov prospekti istiqamətində təmirə görə sıxlıq yaranıbBu gün, 16:19MEDİA: Azərbaycan Prezidenti adından saxta məlumat yayılıbBu gün, 16:02Bakıda qazanxanadakı partlayışla bağlı araşdırmalara başlanılıbBu gün, 15:44Sabirabadda dayı bacısı oğlunu avtomobillə vurubBu gün, 15:25Həyat yoldaşı Leyla və 8 aylıq körpəsini öldürən şəxs ömürlük azadlıqdan məhrum edilibBu gün, 14:49Xaricdə təhsil almış 233 nəfərin diplomu tanınmayıbBu gün, 14:07“Suriya və İraqdan 8 Azərbaycan vətəndaşı repatriasiya edilib” - XİNBu gün, 13:32Sabahın hava proqnozuBu gün, 13:19Umico.az-da ilk alış-verişinizi kreditlə aylıq cəmi 0.33 %-dən başlayan komissiya ilə edin!Bu gün, 11:49Kapital Bank-ın Depozit lotereyasının 1-ci tirajının qalibləri bəlli olduBu gün, 11:32Göygöldə əqrəb sancan müəllim ölübBu gün, 11:13Binədə düşən davada bir nəfər bıçaqlanıbBu gün, 10:41“Kontakt”ın “Şeş-Qoşa” kampaniyasında daha bir avtomobil uduldu: Kampaniya noyabradək uzadıldıBu gün, 10:22DİN "toy karvanı" iştirakçılarına müraciət edibBu gün, 10:17Bakıda hərbi sursatlar aşkarlanıbBu gün, 10:11
Bütün xəbərlər