BMT Ermənistanı mina xəritələrini Azərbaycana verməyə çağırıb | 1news.az | Xəbərlər
Siyasət

BMT Ermənistanı mina xəritələrini Azərbaycana verməyə çağırıb

17:43 - 29 / 04 / 2021
BMT Ermənistanı mina xəritələrini Azərbaycana verməyə çağırıb

“Minalanmış ərazilərlə əlaqədar məlumatları paylaşmaq üçün tərəflər arasında vasitəçilik etmişik. Bununla bağlı işimiz hazırda da davam edir. Ermənistan tərəfinə də çağırışlar edilir” .

1news.az-ın Report-a istinadən verdiyi xəbərə görə, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsaqzai “İkinci Qarabağ müharibəsi və minalar” adlı vebinarda deyib.

O bildirib ki, minalanmış ərazilərin xəritəsi çox vacib məlumat mənbəyidir: “Bununla da iş bitmir. Suyun, yağıntının təsiri ilə minaların yerdəyişməsi problemi də var”.

1news.az

Paylaş:
381

Son xəbərlər

Bütün xəbərlər