Vətən müharibəasi qaziləri paralimpiya hərəkatına cəlb olunur | 1news.az | Xəbərlər
Cəmiyyət

Vətən müharibəasi qaziləri paralimpiya hərəkatına cəlb olunur

S.Xankişiyeva14:12 - 01 / 05 / 2021
Vətən müharibəasi qaziləri paralimpiya hərəkatına cəlb olunur

Vətən müharibəsi qazilərindən müəyyən idman növlərinə uyğun olanları paralimpiya hərəkatına cəlb olunub.

Bu barədə 1news.az-a Milli Paralimpiya Komitəsinin (MPK) prezidenti İlqar Rəhimov məlumat verib. Onun sözlərinə görə, artıq qazilərlə bir neçə görüş keçirilib: "Prezident İlham Əliyevin tapşırığıdır ki, qazilərimizin müharibədən sonrakı həyatlarında irəliləyiş olsun. Biz də bu tapşırıqlardan geri qala bilmərik. Özümüzün xüsusi proqramımız var. Artıq qazilərimizlə bir neçə görüş keçirmişik. O görüşləri elə formatda təşkil edirik ki, qazilərimiz tanınmış idmançılarla görüşür. Onların arasında olimpiya və paralimpiya çempionları var. İdmançılar qazilərə paralimpiya hərəkatına qoşulmalarına dair tövsiyələrini verir, paralimpiyanın onların həyatlarında böyük rol oynamasının mümkünlüyünü bildirirlər. Müəyyən idman növlərinə uyğun olan qazilərimiz var. Onları məhz paralimpiya hərəkatına cəlb etmişik".

İ.Rəhimovun fikrincə, paralimpiyaçı qazilərin sayı getdikcə daha da çoxalacaq: "Əminəm ki, bugünkü qazilərimiz gələcək paralimpiadalarda öz sözlərini deyəcək, Qarabağ savaşında qazandıqları zəfəri, idman sahəsində də təkrarlayacaq, Azərbaycan bayrağını beynəlxalq arenalarda da dalğalandıracaqlar".

MPK prezidenti qazilərin hansısa avadanlıqlarla və əlil arabaları ilə təminatında heç bir problemin olmadığını vurğulayıb: "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu layihəni çox uğurla həyata keçirir. Nazir Sahil Babayevlə bir neçə dəfə danışıqlarımız olub. Ən yüksək səviyyədə olan əlil arabaları Azərbaycana gətirilir. Kimin ehtiyacı varsa, nazirlik tərəfindən təmin olunur".

Paylaş:
313

Son xəbərlər

COP29: Azərbaycan qlobal danışıqlar platforması statusunu gücləndirirBu gün, 21:18Xızıda kanalda meyiti tapılan şəxsin kimliyi məlum olubBu gün, 17:45Qazaxda yaşadığı evdə narkotik vasitə və odlu silah saxlayan şəxs saxlanılıbBu gün, 17:38Şimşək çaxacaq, yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 17:19İlham Əliyev Rusiyaya səfərə gəlib - FOTOBu gün, 16:59NİİM: Ziya Bünyadov prospekti istiqamətində təmirə görə sıxlıq yaranıbBu gün, 16:19MEDİA: Azərbaycan Prezidenti adından saxta məlumat yayılıbBu gün, 16:02Bakıda qazanxanadakı partlayışla bağlı araşdırmalara başlanılıbBu gün, 15:44Sabirabadda dayı bacısı oğlunu avtomobillə vurubBu gün, 15:25Həyat yoldaşı Leyla və 8 aylıq körpəsini öldürən şəxs ömürlük azadlıqdan məhrum edilibBu gün, 14:49Xaricdə təhsil almış 233 nəfərin diplomu tanınmayıbBu gün, 14:07“Suriya və İraqdan 8 Azərbaycan vətəndaşı repatriasiya edilib” - XİNBu gün, 13:32Sabahın hava proqnozuBu gün, 13:19Umico.az-da ilk alış-verişinizi kreditlə aylıq cəmi 0.33 %-dən başlayan komissiya ilə edin!Bu gün, 11:49Kapital Bank-ın Depozit lotereyasının 1-ci tirajının qalibləri bəlli olduBu gün, 11:32Göygöldə əqrəb sancan müəllim ölübBu gün, 11:13Binədə düşən davada bir nəfər bıçaqlanıbBu gün, 10:41“Kontakt”ın “Şeş-Qoşa” kampaniyasında daha bir avtomobil uduldu: Kampaniya noyabradək uzadıldıBu gün, 10:22DİN "toy karvanı" iştirakçılarına müraciət edibBu gün, 10:17Bakıda hərbi sursatlar aşkarlanıbBu gün, 10:11
Bütün xəbərlər