AZAL rəsmisi: Zəngilan hava limanının tikintisi başlayıb – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

AZAL rəsmisi: Zəngilan hava limanının tikintisi başlayıb – VİDEO

S.Xankişiyeva14:22 - 01 / 05 / 2021
AZAL rəsmisi: Zəngilan hava limanının tikintisi başlayıb – VİDEO

Azərbaycan Prezidenti İlham Əliyevin bir neçə gün əvvəl təməlini qoyduğu Zəngilan hava limanının tikintisinə start verilib. Hazırda ərazidə tikinti işləri ilə yanaşı minalardan təmizləmə prosesi də paralel aparılır.

1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, bunu AZAL rəsmisi Valeh Əmiraslanov bildirib.

O, əlavə edib ki, hazırda aeraportun uçuş-enmə zolağında qazma və torpaq yatağının çıxarılması işləri gedir:

“Füzulidə olduğu kimi Zəngilanda da işlər sürətlə davam edir. Azad edilmiş torpaqlarımızda tikinti-quruculuq işləri aparmaq hər birimiz üçün böyük qürur hissidir. Tikinti prosesini vaxtında başa çatdırmaq üçün var gücümüzlə çalışırıq”

Paylaş:
361

Son xəbərlər

Bütün xəbərlər