Korotçenko: Ağdam atom bombası atılmış Xirosima və Naqasakini xatırladır | 1news.az | Xəbərlər
Siyasət

Korotçenko: Ağdam atom bombası atılmış Xirosima və Naqasakini xatırladır

S.Xankişiyeva15:13 - 01 / 05 / 2021
Korotçenko: Ağdam atom bombası atılmış Xirosima və Naqasakini xatırladır

“Kim burada olursa, həmin insanda bura atom bombası atıldığı hissi yaranır”.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, bunu bu gün Ağdamda səfərdə olan Rusiyanın “Milli müdafiə” jurnalının baş redaktoru, hərbi ekspert İqor Korotçenko bildirib.

İ. Korotçenko deyib ki, dağıdılmış Ağdam atom bombasının atılması nəticəsində dağılmış Xirosima və Naqasakini xatırladır: “Ermənilər burada, əlbəttə, atom bombası partlatmayıblar, onlar burada Azərbaycan xalqına qarşı nifrət bombası partladıblar. Dağıntıların miqyası insanı dəhşətə salır. Hazırda dünyada əyani surətdə vandalizm, nifrət və düşmənçiliyin nəticələrini göstərən belə yer yoxdur. Bu, hərbi cinayətdir. Ermənistanın siyasi-hərbi rəhbərliyi buna beynəlxalq tribunalda cavab verməlidir. Bu əməli bağışlamaq mümkün deyil. Bu, insanlığa qarşı cinayətdir. Birinci və İkinci Qarabağ müharibəsini alovlandıran erməni siyasətçilər, bu vandalizmi törədən, 1 milyondan artıq azərbaycanlını doğma torpaqlarından qovan erməni hərbçiləri və erməni silahlıları törətdikləri hərbi cinayətlərə görə cavab verməlidirlər".

Paylaş:
438

Son xəbərlər

Bütün xəbərlər