Leyla Əliyeva Qızılağac Milli Parkına səfər edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Leyla Əliyeva Qızılağac Milli Parkına səfər edib

11:00 - 03 / 05 / 2021
Leyla Əliyeva Qızılağac Milli Parkına səfər edib

Aprelin 30-da Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Qızılağac Milli Parkına səfər edib.

1news.az AZƏRTAC-a istinadən bildirir ki, milli parkın ərazisi, zəngin fauna və florası ilə tanış olan Leyla Əliyeva daha sonra ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevlə sahilyanı və dəniz qoruqları daxil olmaqla, xüsusi mühafizə olunan təbiət ərazilərinin gələcək inkişaf perspektivlərini müzakirə edib.

Səfər zamanı Leyla Əliyeva Xəzər dənizinin Kiçik Qızılağac körfəzinə körpə balıqların buraxılması, o cümlədən ölkəmizin yaşıllıq və meşə ərazilərinin artırılmasına dəstəyi nümayiş etdirmək məqsədilə milli parkın ərazisində Eldar şamlarının əkilməsi mərasimində iştirak edib.

Qeyd edək ki, 2018-ci il sentyabrın 26-da yaradılmış Qızılağac Milli Parkı Qızılağac Dövlət Təbiət Qoruğunu və bütöv Qızılağac körfəzini ehtiva edir və Xəzər dənizində ilk mühafizə olunan dəniz ərazisi hesab olunur. Qızılağac Milli Parkına aid su ərazisinin mühafizəsi dünyanın nəsli kəsilmək təhlükəsi ilə üzləşən balıq növlərinin yaşaması üçün zəruridir.

IDEA İctimai Birliyi və "Blue Marine Foundation" təşkilatının birgə təqdimatına əsasən, 2019-cu ilin noyabr ayında həmin milli park dünya sularının xilası üçün ümid yeri (Hope Spot) kimi seçilib. Ümid yerləri "Mission Blue" təşkilatının beynəlxalq mühafizə kampaniyası çərçivəsində bəyan edilən, ekoloji baxımdan unikal olan dəniz əraziləridir. Ümid yerlərinin elan edilməsində əsas məqsəd okeanların qorunması üzrə qlobal hərəkatı dəstəkləmək və daha geniş su ərazilərinin mühafizə edilməsinə nail olmaqdır.

Məlum olduğu kimi, son onilliklər ərzində ölkəmizin su hövzələrindəki balıq növlərinin təbii populyasiyaları insan fəaliyyətinin mənfi təsirləri nəticəsində məhvolma təhlükəsi həddinə çatıb.

Bununla əlaqədar, Leyla Əliyevanın təşəbbüsü ilə Azərbaycanın və Qafqaz regionunun su faunasının qorunması, ölkəmizin daxili su hövzələrinin bioresurslarının mühafizəsi və bərpası üzrə bir sıra mühüm təşəbbüslər həyata keçirilir.

Bu cür təşəbbüslərdən biri keçən ilin may ayından etibarən IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə həyata keçirdiyi "Zəngin hövzələr" layihəsidir. Layihə ölkənin müxtəlif yerlərində yerləşən göl və çaylara məxsus olan balıq növlərinin təbii populyasiyasının artırılması, daxili su hövzələrində çirkləndirilmənin azaldılması, qanuni və məsuliyyətli balıq ovunun təşviqi üzrə davamlı və ardıcıl tədbirlərin təşkil edilməsini nəzərdə tutur.

1news.az

Paylaş:
278

Son xəbərlər

COP29: Azərbaycan qlobal danışıqlar platforması statusunu gücləndirirBu gün, 21:18Xızıda kanalda meyiti tapılan şəxsin kimliyi məlum olubBu gün, 17:45Qazaxda yaşadığı evdə narkotik vasitə və odlu silah saxlayan şəxs saxlanılıbBu gün, 17:38Şimşək çaxacaq, yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 17:19İlham Əliyev Rusiyaya səfərə gəlib - FOTOBu gün, 16:59NİİM: Ziya Bünyadov prospekti istiqamətində təmirə görə sıxlıq yaranıbBu gün, 16:19MEDİA: Azərbaycan Prezidenti adından saxta məlumat yayılıbBu gün, 16:02Bakıda qazanxanadakı partlayışla bağlı araşdırmalara başlanılıbBu gün, 15:44Sabirabadda dayı bacısı oğlunu avtomobillə vurubBu gün, 15:25Həyat yoldaşı Leyla və 8 aylıq körpəsini öldürən şəxs ömürlük azadlıqdan məhrum edilibBu gün, 14:49Xaricdə təhsil almış 233 nəfərin diplomu tanınmayıbBu gün, 14:07“Suriya və İraqdan 8 Azərbaycan vətəndaşı repatriasiya edilib” - XİNBu gün, 13:32Sabahın hava proqnozuBu gün, 13:19Umico.az-da ilk alış-verişinizi kreditlə aylıq cəmi 0.33 %-dən başlayan komissiya ilə edin!Bu gün, 11:49Kapital Bank-ın Depozit lotereyasının 1-ci tirajının qalibləri bəlli olduBu gün, 11:32Göygöldə əqrəb sancan müəllim ölübBu gün, 11:13Binədə düşən davada bir nəfər bıçaqlanıbBu gün, 10:41“Kontakt”ın “Şeş-Qoşa” kampaniyasında daha bir avtomobil uduldu: Kampaniya noyabradək uzadıldıBu gün, 10:22DİN "toy karvanı" iştirakçılarına müraciət edibBu gün, 10:17Bakıda hərbi sursatlar aşkarlanıbBu gün, 10:11
Bütün xəbərlər