Koronavirus xəstəsi işğaldan azad olunmuş əraziyə icazəsiz keçərkən saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Koronavirus xəstəsi işğaldan azad olunmuş əraziyə icazəsiz keçərkən saxlanılıb

Qafar Ağayev11:48 - 03 / 05 / 2021
Koronavirus xəstəsi işğaldan azad olunmuş əraziyə icazəsiz keçərkən saxlanılıb

Aprelin 22-də saat 6 radələrində Ağdam rayon sakini Rəşad Əliyev Təzəkənd kəndi ərazisindən işğaldan azad olunmuş əraziyə icazəsiz keçərkən saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsi (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) ilə protokol tərtib olunaraq rayon məhkəməsi tərəfindən 15 gün müddətinə həbs inzibati tənbeh tədbiri tətbiq edilib.

Həkim müayinəsi nəticəsində “COVİD-19” virusuna yoluxduğu aşkarlandığından o, müalicə alması üçün evə buraxılıb.

Lakin mayın 2-də saat 5 radələrində R.Əliyev “VAZ-21015” markalı avtomobillə evi tərk edərək Təzəkənd kəndi ərazisində yerləşən nəzarət postundan keçərkən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq postun şlaqbaumunu qıraraq işğaldan azad olunmuş əraziyə keçməyə cəhd göstərib. Polis əməkdaşları tərəfindən onun bu cəhdinin qarşısı alınıb, tibbi prosedurlar gözlənilməklə o, evinə qaytarılıb.

Xəstəliklərin yayılmasına real təhlükə yaratdığına görə Cinayət Məcəlləsinin 139-1-ci maddəsi ilə cinayət işi başlanılıb.

Paylaş:
408

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib22 / 11 / 2024, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır22 / 11 / 2024, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaq22 / 11 / 2024, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənir22 / 11 / 2024, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi22 / 11 / 2024, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldı22 / 11 / 2024, 15:11Goranboyda qadın bıçaqlanıb22 / 11 / 2024, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTO22 / 11 / 2024, 14:19Qubada iki avtomobil toqquşub22 / 11 / 2024, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olub22 / 11 / 2024, 14:02
Bütün xəbərlər