Çempionlar Liqasının finalında ingilis dueli | 1news.az | Xəbərlər
Futbol

Çempionlar Liqasının finalında ingilis dueli

09:40 - 06 / 05 / 2021
Çempionlar Liqasının finalında ingilis dueli

Çempionlar Liqasında ikinci finalçı müəyyənləşib.

1news.az xəbər verir ki, yarımfinalın cavab görüşündə "Çelsi" doğma meydanda "Real"ı qəbul edib.

Komandalar arasında Madriddə keçirilən ilk oyun 1:1 hesablı heç-heçə ilə nəticələnmişdi. Bu matç isə London klubunun inamlı qələbəsi ilə başa çatıb - 2:0. Bununla da Tomas Tuhelin çalışdırdığı "Çelsi" finala yüksəlib.

Ötən gün isə İngiltərənin daha bir təmsilçisi "Mançester Siti" PSJ səddini keçərək finala vəsiqə qazanıb. İngilis finalı mayın 29-da Türkiyənin İstanbul şəhərindəki Atatürk Olimpiya Stadionunda olacaq.

5 may

Çempionlar Liqası, yarımfinalın cavab oyunu

23:00. "Çelsi" (İngiltərə) - "Real Madrid" (İspaniya) - 2:0
Qol:
Verner, 28, Mount, 85
İlk oyun - 1:1

4 may

"Mançester Siti" (İngiltərə) - PSJ (Fransa) - 2:0
ilk oyun (2:1)

1news.az

Paylaş:
722

Son xəbərlər

Bütün xəbərlər