Kapital Bank və Visa Azərbaycanda Visa B2B Connect ödəmə şəbəkəsini təqdim edir | 1news.az | Xəbərlər
İqtisadiyyat

Kapital Bank və Visa Azərbaycanda Visa B2B Connect ödəmə şəbəkəsini təqdim edir

S.Xankişiyeva12:00 - 06 / 05 / 2021
Kapital Bank və Visa Azərbaycanda Visa B2B Connect ödəmə şəbəkəsini təqdim edir

Kapital Bank və rəqəmsal ödənişlər üzrə dünya lideri olan Visa şirkəti Azərbaycanda Visa B2B Connect ödəmə şəbəkəsini istifadəyə verdi.

Bu xidmət vasitəsilə Kapital Bank-ın korporativ və biznes müştəriləri, artıq şirkətlərarası və beynəlxalq köçürmələri sürətli, etibarlı və daha az əməliyyat xərcləri ilə göndərmək və qəbul etmək imkanı əldə edəcəklər.

Visa B2B Connect sistemi hesablaşmalar zamanı olan mövcud məhdudiyyətləri aradan qaldıraraq, köçürmə sürətini əhəmiyyətli dərəcədə artırır. Platforma eyni zamanda vəsaiti göndərənlərə və alanlara köçürmələrin şəffaf olmasını, cari vəziyyətini, pul axınına nəzarəti izləməyə imkan yaradır.

Təkmilləşdirilmiş təhlükəsizlik və dələduzluq hallarından qorunma bu unikal platformanın əsas xüsusiyyətlərindən biridir. Yeni innovativ sistemi tətbiq etməklə Kapital Bank, həm ölkənin rəqəmsal imkanlarının genişlənməsinə, həm də sahibkarlığın inkişafına öz töhfəsini verəcək. Qeyd edək ki, Visa B2B Connect hazırda dünyanın 80-dən çox bazarında mövcuddur.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holdinqə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 102 filialı və 20 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Reklam hüququnda

Paylaş:
552

Son xəbərlər

Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18“Sako” ləqəbli tiktoker saxlanılıbBu gün, 13:09Bakıda 21 yaşlı qız itkin düşübBu gün, 13:02“AzInTelecom” MMC “Africa Tech Festival 2024”də iştirak edibBu gün, 12:55Bakıda bir neçə marşrut xətləri üzrə elektrobuslar fəaliyyətə başlayıbBu gün, 12:47Sabah hava necə olacaq? - ProqnozBu gün, 12:40Bu gündən Respublika Fənn Olimpiadalarına qeydiyyat başlayırBu gün, 12:37Yevlaxda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü həbs edilibBu gün, 11:53DYP piyadalara müraciət edibBu gün, 11:33
Bütün xəbərlər