Deputat Prezidentin BBC-yə verdiyi müsahibədən danışdı: “Bu, bizim hər birimiz üçün mükəmməl bir örnəkdir” - VİDEO | 1news.az | Xəbərlər
Siyasət

Deputat Prezidentin BBC-yə verdiyi müsahibədən danışdı: “Bu, bizim hər birimiz üçün mükəmməl bir örnəkdir” - VİDEO

Qafar Ağayev17:54 - 07 / 05 / 2021
Deputat Prezidentin BBC-yə verdiyi müsahibədən danışdı: “Bu, bizim hər birimiz üçün mükəmməl bir örnəkdir” - VİDEO

Prezident İlham Əliyevin Vətən müharibəsi zamanı BBC-yə verdiyi müsahibə "Twitter"də 3 milyon baxış sayını keçib.

Bu müsahibə dövlət başçısının 44 günlük Vətən müharibəsi zamanı verdiyi müsahibələrdən biri idi. İllərlə Azərbaycanın haqq səsini dünyaya çatdırmaq üçün işlər görülsə də heç bir məqalə, müsahibə bu qədər geniş auditoriaya çatmamışdı. Bəs görəsən dövlət başçısının müsahibəsi dünyanın qabaqcıl media qurumlarında olan BBC-yə verdiyi müsahibənin belə geniş auditoriyaya çatması nə ilə ələqəlidir?

Məsələ ilə bağlı 1news.az-a danışan Milli Məclisin deputatı Ramil Həsən bildirib ki, həm İkinci Qarabağ müharibəsindən öncə, həm də ümumlilkdə Qarabağ müharibəsi çərçivəsində və müharibədən sonra ölkə rəhbərliyimizin unikal bir şəkildə həyata keçirdiyi media istiqamətindəki hücum siyasəti çox effektiv oldu:

“Bu , Azərbaycanın xarici siyasətinin, beynəlxalq hüquq və norma prinsipləri çərçivəsində haqq və hüquqlarının dünya ictimaiyyətinə çatdırılmasında istisnasız mükəmməl bir rol oynadı. Elə bir örnək olaraq yerinə oturdu ki, bu, Azərbaycan həqiqətlərini güclü, sürətli və inandırıcı şəkildə dünya mediasına çatdırılması istiqamətində bir güc qaynağı oldu. Prezidentin həm BBC-yə verdiyi müsahibənin izləyicilərinin say tərkibi, sosial şəbəkələrdə nəinki BBC-nin, bir çox beynəlxalq media quruluşlarına vermiş olduğu müsahibələrdə fikirlərin əminliyi və qətiyyəti göz önündə idi.

Dünyanın müxtəlif media qurumlarının jurnalistlərinin nə qədər dolandırıcı, ikili standartlardan çıxış edərək qərəzli yanaşmasının şahidi olduq. Ölkə rəhbərimizin mükəmməl cavab vermək qabiliyyəti, təcrübəsi, həm mükəmməl diplomat, həm dövlət başçısı, həm də sərkərdə kimi vermiş olduğu bütün cavablar dövlətimizin milli maraqlarının qorunmasında və beynəlxalq müdia platformasında təbliğində və müdafiə olunmasında misilsiz rol oynayıb. Şübhəsiz ki, bu bizim hər birimiz üçün mükəmməl bir örnəkdir”.

“2020-ci ildə cənab Prezident İlham Əliyev Milli Məclisinin 6-cı çağırışının açılış sesiyasında çıxında dedi ki, Azərbaycan hücum diplomatiyasına üstünlük verməlidir” – deyə deputat fikirlərinə əlavə edib:

“Azərbaycan Prezidenti məhz özü hücum diplomatiyasının təməlini qoymaqla yanaşı, həm də media sahəsində hücum taktikasının əsasını qoydu. Bu taktika haqlı olduğumuzun əminliyini ortaya qoyan və mükəmməl ifadə edən bir ideyadır və bu ideyanın da təməl daşı cənab Prezidetimizə aiddir. Ona görə də bu proses bu gün uğurla davam etməkdədir. Dünya ictimaiyyətində bizə qarşı qərəzli və ikili mövqe sərgiləyən insanların hamısının cavabını cənab Prezident verib. Son dövrdə də ölkə rəhbərliyimiz tərəfindən periodik şəkildə beynəlxalq media qurumları Azərbaycana dəvət olunur və Azərbaycanda bilavasitə cənab Prezidentin dilindən onun ölkə rəhbərimiz olaraq mövqeyini eşitmək şansı əldə edirlər.

Ölkə rəhbərimizin 26 fevral 2021-ci ildə dünyanın bir çox yerindən olan jurnalistlərə mətbuat konfransı verməsi bütün əngəlləri, protokolları, qaydaları bir kənara qoyaraq hərkəsə birbaşa sual vermək imkanı yaratdı. Bu özünə inamın, dövlətinə, xalqına bağlılığın, inanılmaz bir liderliyin və qabiliyyətin göstəricisidir. Dövlət başçımız bununla bir mesaj verdi ki, bizim heç kimdən qorxumuz, çəkinəcəyimiz və gizlədəcəyimiz heç bir nüans yoxdur, buyurun istədiyiniz sualı verin, biz də sizə istədiyiniz cavabı əminliklə, qətiyyətlə verə bilərik. Prezidentimiz bu sahənin təməlini qoydu”.

Paylaş:
755

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib22 / 11 / 2024, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır22 / 11 / 2024, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaq22 / 11 / 2024, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənir22 / 11 / 2024, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi22 / 11 / 2024, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldı22 / 11 / 2024, 15:11Goranboyda qadın bıçaqlanıb22 / 11 / 2024, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTO22 / 11 / 2024, 14:19Qubada iki avtomobil toqquşub22 / 11 / 2024, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olub22 / 11 / 2024, 14:02
Bütün xəbərlər