Çəltik sahəsinin sığortalanması qaydası açıqlanıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Çəltik sahəsinin sığortalanması qaydası açıqlanıb

Qafar Ağayev16:29 - 16 / 05 / 2021
Çəltik sahəsinin sığortalanması qaydası açıqlanıb

Azərbaycanda çəltik bitkisi təqribən 3 min hektar ərazidə əkilir.

Aqrar Sığorta Fondundan 1news.az-a verilən məlumata görə, bunun böyük hissəsi – təqribən 1 800 hektarı Aran regionu, 1200 hektarı Lənkəran regionunun payına düşür. Ölkənin əsas çəltik rayonları Lənkəran, Masallı, Astara, Ağdaş, Ucar, Zərdab, Biləsuvar, Göyçay və Yevlaxdır. Ölkə üzrə çəltik sahələrinin orta məhsuldarlığı 32,8 sentner, təmizləndikdən sonra isə 31 sentner təşkil edir.

1 kiloqram düyünün orta satış qiyməti orta hesabla 2,2 manatdır. Bu hesabla hər 1 hektardan alınan məhsulun ümumi dəyəri təqribən 6800 manat təşkil edir. Aqrar sığorta qaydalarına əsasən, Azərbaycanda bitkilərin sığorta tarifləri iqlim və təbiət hadisələrini nəzərə alaraq, ölkənin regionları üzrə fərqlənir.

Belə ki, çəltik məhsulu üzrə sığorta tarifi Lənkəran regionunda 0,78%, Aran regionunda 0,93% təşkil edir. Məhsuldarlıq göstəricisi, qiyməti və sığorta tarifini nəzərə alsaq, 1 hektar pambıq sahəsinin orta sığorta haqqı aşağıdakı kimidir:

Aran regionu - təqribən 63 manat.

Bundan:

Fermerin ödədiyi məbləğ – 31,5 manat

Dövlətin ödədiyi məbləğ – 31,5 manat

Lənkəran regionu - təqribən 53 manat.

Bundan:

Fermerin ödədiyi məbləğ – 26,5 manat

Dövlətin ödədiyi məbləğ – 26,5 manat

Qeyd: Hesablama - ölkə üzrə orta statistik məlumatlar nəzərə alınmaqla aparılıb, ayrı-ayrı təsərrüfatlarda məhsuldarlıq və məhsulun qiymətindən asılı olaraq hesablanmış sığorta haqqı fərqli ola bilər.

Bütün hallarda fermer sığorta haqqının yalnız 50%-i ödəyəcək, məbləğin qalan 50%-i fermerlərə dəstək üçün dövlət ödəyəcək.

Daha ətraflı: https://asf.gov.az/bitkichilik

Paylaş:
1093

Son xəbərlər

İcma Avropa Parlamentinin Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağıran qətnaməsini pisləyibBu gün, 09:33Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədirBu gün, 09:11Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:06Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb - FOTOBu gün, 09:03Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB25 / 04 / 2024, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb25 / 04 / 2024, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandı25 / 04 / 2024, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılır25 / 04 / 2024, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib25 / 04 / 2024, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTO25 / 04 / 2024, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEO25 / 04 / 2024, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:21
Bütün xəbərlər