Ceyhun Bayramov: Ermənistan 10 noyabr bəyanatından irəli gələn öhdəlikləri pozur | 1news.az | Xəbərlər
Siyasət

Ceyhun Bayramov: Ermənistan 10 noyabr bəyanatından irəli gələn öhdəlikləri pozur

S.Xankişiyeva17:46 - 21 / 05 / 2021
Ceyhun Bayramov: Ermənistan 10 noyabr bəyanatından irəli gələn öhdəlikləri pozur

21 may 2021-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov Avropa Şurası Nazirlər Komitəsinin 131-ci iclasında çıxış edib.

Xarici İşlər Nazirliyindən 1news.az-a bildirilib ki, 2021-ci ilin 25 yanvar tarixində Azərbaycanın Avropa Şurasına üzvlüyünün 20-ci ildönümü tamam olduğunu bildirən nazir, Avropa Şurasına üzv olduğu müddətdə Azərbaycan bu təşkilat və onun müxtəlif təsisatları ilə təşkilatın bütün istiqamətləri üzrə konstruktiv əməkdaşlığa fəal şəkildə cəlb olunduğu və bu əməkdaşlığın qarşılıqlı hörmət və anlayış əsasında davam etdirilməsində maraqlı olduğunu qeyd edib.

Nazir Ceyhun Bayramov cari ilin Azərbaycanın 1991-ci ildə müstəqilliyinin bərpasının 30-cu ildönümünün qeyd olunduğu və 30 illik müstəqillik dövründə ilk silahlı münaqişəsiz il olduğunu vurğulayıb. 10 noyabr 2020-ci il tarixində Azərbaycan, Rusiya və Ermənistan liderləri tərəfindən imzalanmış üçtərəfli bəyanatın Ermənistan və Azərbaycan arasında 30 ilə yaxın davam edən silahlı münaqişəyə son qoyduğu qeyd edilib. Sözügedən sənədin iki ölkənin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət əsasında Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması üçün lazımı şəraiti yaratdığını iclas iştirakçılarının diqqətinə çatdırılıb.

Eyni zamanda, nazir Ceyhun Bayramov hələ də Ermənistan tərəfindən 10 noyabr tarixli bəyanatdan və ümumilikdə, beynəlxalq humanitar hüquqdan irəli gələn öhdəliklərinin pozulmasının şahidi olduğumuzu təəssüf ilə qeyd edib. Bu xüsusda, Ermənistanın hələ də Azərbaycanın işğaldan azad olunmuş ərazilərində yerləşdirilmiş minaların xəritələrini təqdim etməkdən imtina etməsi, eləcə də Ermənistan 1991-1994-cü illər ərzində Azərbaycana qarşı törətdiyi hərbi təcavüz nəticəsində itkin düşmüş 4000-ə yaxın Azərbaycanlının taleyi barədə məlumatı təqdim etməməsinin ciddi narahatlıq kəsb etdiyi vurğulanıb.

Nazir Avropa Şurası da daxil olmaqla, beynəlxalq ictimaiyyəti Ermənistanı revanşıst fəaliyyət və Azərbaycana qarşı olan nifrətdən imtina edərək, davamlı sülh, regional əməkdaşlıq və inkişaf üçün unikal imkandan istifadə etməyə inandırmaqda qətiyyət nümayiş etdirməyə çağırıb.

Ceyhun Bayramov çıxışında Avropa Şurası Nazirlər Komitəsində sədrliyini müvəffəqiyyətlə başa vurması münasibətilə Almaniyanı təbrik edib və gələcək Macarıstan sədrliyinə tam dəstəyimizi ifadə edib.

Çıxışın mətni və video görüntüsü ilə buradan tanış ola bilərsiniz (Az/En).

Paylaş:
479

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər