ABŞ-ın “Xəzər Siyasət Mərkəzi”nin nümayəndə heyəti Pənahəli xanın sarayına baş çəkiblər - FOTO | 1news.az | Xəbərlər
Siyasət

ABŞ-ın “Xəzər Siyasət Mərkəzi”nin nümayəndə heyəti Pənahəli xanın sarayına baş çəkiblər - FOTO

S.Xankişiyeva16:17 - 22 / 05 / 2021
ABŞ-ın “Xəzər Siyasət Mərkəzi”nin nümayəndə heyəti Pənahəli xanın sarayına baş çəkiblər - FOTO

ABŞ-ın “Xəzər Siyasət Mərkəzi”nin nümayəndə heyətinin Ermənistanın işğalından azad edilən Ağdam şəhərinə səfəri başa çatıb.

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, nümayəndə heyəti səfər çərçivəsində Ağdam şəhərində Cümə məscidi, İmarət qəbiristanlığı, Çörək muzeyi və Dram Teatrının qalıqları, Şəhidlər xiyabanı ilə tanış olublar.

Eyni zamanda qonaqlar Pənahəli xanın sarayına baş çəkib, tarixi Şahbulaq qalasında olublar.

Nümayəndə heyətinə işğal dövründə ermənilərin Ağdamda törətdikləri vandalizm aktları barədə məlumat verilib.

Paylaş:
646

Son xəbərlər

Bütün xəbərlər