Azərbaycan Ordusunda hərbi beşnövçülük yarışları keçirilib – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan Ordusunda hərbi beşnövçülük yarışları keçirilib – FOTO – VİDEO

S.Xankişiyeva17:26 - 22 / 05 / 2021
Azərbaycan Ordusunda hərbi beşnövçülük yarışları keçirilib – FOTO – VİDEO

Müdafiə nazirinin müvafiq əmrinə əsasən hərbi qulluqçular arasında hərbi beşnövçülük yarışları keçirilib.

Müdafiə Nazirliyindən 1news.az-a bildirilib ki, yarışlarda müxtəlif qoşun növlərində və birləşmələrdə xidmət edən hərbi idmançılar fərdi və komanda birinciliyi uğrunda mübarizə aparıb. Hərbi qulluqçular maneələr zolağının dəf edilməsi, atış, qumbaraatma, kross və üzgüçülük növləri üzrə hərbi beşnövçülükdə güclərini sınayıb.

Sonda qaliblər diplom, fəxri fərman və medallarla mükafatlandırılıb.

Paylaş:
580

Son xəbərlər

Bütün xəbərlər