Heydər Əliyev Mərkəzinin binası Gürcüstanın dövlət bayrağı ilə işıqlandırılıb | 1news.az | Xəbərlər
Siyasət

Heydər Əliyev Mərkəzinin binası Gürcüstanın dövlət bayrağı ilə işıqlandırılıb

S.Xankişiyeva09:16 - 26 / 05 / 2021
Heydər Əliyev Mərkəzinin binası Gürcüstanın dövlət bayrağı ilə işıqlandırılıb

Gürcüstan 26 may tarixində Müstəqillik Gününü qeyd edir.

1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, bu münasibətlə Heydər Əliyev Mərkəzinin binası Gürcüstanın dövlət bayrağı ilə işıqlandırılıb.

Gürcüstanın Azərbaycandakı səfirliyinin əməkdaşlarının da izlədiyi videoproyeksiya zamanı Mərkəzin binasının önündə Azərbaycan və Gürcüstanın dövlət himnləri ifa olunub.

Paylaş:
356

Son xəbərlər

Bütün xəbərlər