Türkiyədə Azərbaycan hərbçilərinin də qatıldığı beynəlxalq təlim davam edir - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Türkiyədə Azərbaycan hərbçilərinin də qatıldığı beynəlxalq təlim davam edir - FOTO

S.Xankişiyeva12:32 - 26 / 05 / 2021
Türkiyədə Azərbaycan hərbçilərinin də qatıldığı beynəlxalq təlim davam edir - FOTO

Türkiyənin Konya şəhərində keçirilən Azərbaycan Ordusunun hərbi qulluqçularının da qatıldığı “Anatolian Phoenix-2021” beynəlxalq axtarış-xilasetmə təlimi davam edir.

Bu barədə 1news.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Beynəlxalq təlimdə paraşüt hazırlığı üzrə məşqlər keçirilib. Məşqlərin keçirilməsində əsas məqsəd şəxsi heyətin paraşütlərdən istifadə vərdişlərinin təkmilləşdirilməsi, həmçinin onların döyüş və xüsusi hazırlıq səviyyəsinin daha da artırılmasıdır.

Təlim iyunun 4-dək davam edəcək.

Paylaş:
422

Son xəbərlər

Bütün xəbərlər