Elxan Məmmədov “Sky Sports”a müsahibəsində: Bölgəyə sülh qayıtdığı və ədalət bərpa olunduğu üçün xoşbəxtik - VİDEO | 1news.az | Xəbərlər
Futbol

Elxan Məmmədov “Sky Sports”a müsahibəsində: Bölgəyə sülh qayıtdığı və ədalət bərpa olunduğu üçün xoşbəxtik - VİDEO

16:12 - 02 / 06 / 2021
Elxan Məmmədov “Sky Sports”a müsahibəsində: Bölgəyə sülh qayıtdığı və ədalət bərpa olunduğu üçün xoşbəxtik - VİDEO

AFFA-nın İcraçı vitse-prezidenti Elxan Məmmədov İngiltərənin “Sky Sports” telekanalının Bakıya gələn əməkdaşına müsahibə verib. O, müsahibəsində şəhərin və stadionun AVRO- 2020 oyunlarına hazırlığı barədə danışıb.

Burada Uels millisi A qrupu çərçivəsində iki oyun keçirəcək - 12 iyun tarixində İsveçrə, ayın 16-da isə Türkiyə ilə qarşılaşacaq.

Müxbir deyir ki, Bakı Xəzər dənizinin sahilində yerləşir. Burada Avropa çempionatının oyunlarına ev sahibliyi edəcək möhtəşəm Olimpiya stadionu tikilib. Stadion ümumi tutumun 50% -ni dolduracaq. Uels azarkeşləri artıq Bakıya səyahət etməyə hazırlaşırlar. Onlar burada komandalarına dəstək olmaqla yanaşı, şəhərdə gəzmək, görməli yerlərə və restoranlara baş çəkmək imkanı da əldə edəcəklər.

E.Məmmədov qeyd edib ki, Uelsdən hər görüş üçün Bakıya 2000-ə yaxın azarkeşin gəlməsi gözlənilir:

“Bizə UEFA ilə yanaşı, Uels Futbol Federasiyasından da müraciətlər gəldi. Onlar Bakı Olimpiya Stadionunda AVRO oyunları ilə yanaşı şəhərin özündən də zövq ala biləcəklər. Bakının bütün görməli yerləri hər kəs üçün açıqdır. Sərbəst şəkildə restoranlara, pablara baş çəkə, pivədən zövq ala bilərlər. Həm də əminəm ki, hava yaxşıdırsa, Bakı çimərliklərinə gedib Xəzər dənizində üzə bilərlər. Onlar Uels millisinin oyunlarına qatılmaqla yanaşı, Bakıda gözəl istirahət edə biləcəklər. Onlara Bakıda yaxşı vaxt keçirmələrini arzu edirəm.

Bakıya gələn ilk komanda Uels olacaq. Bu, 7 iyunda baş verəcək. Və onlar uzun müddət Bakıda olacaqlar. Uels millisi artıq Azərbaycanda olub və ölkəmizin milli komandası ilə seçmə oyunlar keçirib. Düşünürəm ki, bu Uels millisi və azarkeşləri üçün əla təcrübə olacaq”.

E.Məmmədova Ermənistanla 44 günlük müharibə, bunun ardınca Azərbaycan Ordusunun ərazilərini azad etməsi barədə sual verildi.

“Koronavirus pandemiyası səbəbindən 2020-ci il bütün dünya üçün çox çətin bir il oldu. Ancaq indi tədricən əvvəlki həyatımıza qayıdırıq. Keçən il bizim üçün çox vacib bir il oldu, çünki nəhayət ədalət bərpa olundu. Azərbaycanın işğal altında olan əraziləri azad edildi. Azərbaycan ərazisinin 20% -nə sülh qayıtdı. Mən azad edilmiş şəhərlərdən birinə - “Qarabağ” futbol klubunun 80-ci illərdə ev oyunlarını keçirdiyi Ağdama baş çəkdim. Bu həmişə heyrətləndirici bir atmosferin olduğu möhtəşəm bir stadion idi. Ancaq son 30 ildə “İmarət” stadionu tamamilə dağıdılıb. Ondan əsər-əlamət qalmayıb. Hökumətimiz bu yaxınlarda stadionun yenidən inşa ediləcəyini açıqladı. “İmarət” stadionunun yenidən milli komandalar da daxil olmaqla qarşılaşmalara və beynəlxalq oyunlara ev sahibliyi edəcəyi günü səbirsizliklə gözləyirik. Bölgəyə sülhün qayıtması və ədalətin bərpa olunması bizi xoşbəxt edir ”deyə, Elxan Məmmədov bildirib.

İcraçı vitse-prezident Azərbaycanın gələcəyə nikbin baxdığını vurğulayıb:

“İndi Bakı Formula-1 Qran Prisinə hazırlaşır. Yaxın günlərdə başlayacaq bu tədbiri çox həyəcanla gözləyirik. Formula-1-dən dərhal sonra Avropanın ən möhtəşəm idman tədbirlərindən birinə - AVRO 2020-yə ev sahibliyi edəcəyik.

Son 12 ayda dünyada koronavirus pandemiyasının olduğunu nəzərə alaraq, şəhərdə futbol əhval-ruhiyyəsi yaratmaq üçün əlimizdən gələni etmişik. Digər 10 şəhərdən olan həmkarlarımızın da eyni şeyi etdiyini düşünürəm. Çünki bu, qitənin 11 şəhərində Avropa çempionatının oyunlarına ev sahibliyi etmək üçün yeganə fürsətdir”.

Elxan Məmmədov, eyni zamanda, Bakının ən çox Türkiyədən azarkeş gözlədiyini söylədi.

“Ölkələr arasında birbaşa uçuş olduğundan və gündə bir neçə uçuş həyata keçirildiyindən çox sayda türk azarkeşi gözləyirik. Türkiyə millisinin Bakıdakı oyunlarının hər biri üçün təxminən 12 min türk azarkeş gözləyirik. Stadion 50% dolu olacaq. Düşünürəm ki, əsl futbol əhval-ruhiyyəsi hökm sürəcək”- deyə, E.Məmmədov qeyd edib.

1news.az

Paylaş:
611

Sizin üçün xəbərlər

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilibBu gün, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparırBu gün, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTOBu gün, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırışBu gün, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edibBu gün, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJBu gün, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaqBu gün, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıbBu gün, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıbBu gün, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşübBu gün, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilibBu gün, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılırBu gün, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaqBu gün, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənirBu gün, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdiBu gün, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldıBu gün, 15:11Goranboyda qadın bıçaqlanıbBu gün, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTOBu gün, 14:19Qubada iki avtomobil toqquşubBu gün, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olubBu gün, 14:02
Bütün xəbərlər