Azərbaycanlı samboçu ABŞ çempionu olub | 1news.az | Xəbərlər
İdman

Azərbaycanlı samboçu ABŞ çempionu olub

11:16 - 02 / 06 / 2021
Azərbaycanlı samboçu ABŞ çempionu olub

ABŞ-da yaşayan həmyerlimiz Orxan İsmətzadə Şimali Karolina ştatının Qrinsboro şəhərində sambo üzrə keçirilən ölkə çempionatının qalibi olub.

Diasporla İş üzrə Dövlət Komitəsindən 1news.az-a bildirilib ki, idmançı həmyerlimiz 98 kq çəki dərəcəsində qızıl medal qazanaraq çempion tituluna layiq görülüb. Onun cempionatdakı rəqibləri Boston, Nyu-Cersi və Şimali Karolina ştatlarının təmsilçiləri olub.

Qeyd edək ki, Orxan İsmətzadə uşaqlıqdan idmanın sambo növü ilə məşğul olur. Ölkəmizdə keçirilən respublika turnirlərində qızıl və gümüş medallara layiq görülüb. 2018-ci ildən ABŞ-ın Pensilvaniya ştatının Pittsburq şəhərində yaşayan soydaşımız bu ölkədə təşkil edilən bir sıra beynəlxalq yarışlarda iştirak edib və Universal döyüşdə dünya üzrə ikinci yeri tutub.

1news.az

Paylaş:
739

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər