Sergey Narışkin Prezident İlham Əliyevi təbrik edib
Rusiya Federasiyasının Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən məlumatına görə, təbrikdə deyilir:"Hörmətli İlham Heydər oğlu.
Milli bayramınız - Respublika Günü münasibətilə Sizi Rusiya Federasiyasının Xarici Kəşfiyyat Xidmətinin rəhbərliyi adından və şəxsən öz adımdan təbrik edirəm.
Hörmətli İlham Heydər oğlu, Sizə Azərbaycan xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar, möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq arzu edirəm.
Fürsətdən istifadə edərək Sizə ölkələrimizin xüsusi xidmət orqanlarının kəşfiyyat xətti üzrə qarşılıqlı fəaliyyətinə göstərdiyiniz diqqət və dəstəyə görə minnətdarlığımı bildirmək istəyirəm. Əminəm ki, bu qarşılıqlı fəaliyyət bundan sonra da Rusiya və Azərbaycanın qardaş xalqlarının təhlükəsizliyinin təminatına və milli maraqlarının qorunmasına etibarlı zəmanət olacaq".