““Aİ-95” və “Aİ-98” markalı benzin gələn ildən ölkədə istehsal olunacaq” - Deputat | 1news.az | Xəbərlər
İqtisadiyyat

““Aİ-95” və “Aİ-98” markalı benzin gələn ildən ölkədə istehsal olunacaq” - Deputat

12:53 - 03 / 06 / 2021
““Aİ-95” və “Aİ-98” markalı benzin gələn ildən ölkədə istehsal olunacaq” - Deputat

Dünya yanacaq bazarındakı dəyişiklər bəzən qlobal siyasi proseslərlə izah olunur.

1news.az xəbər verir ki, bunu “Report”a açıqlamasında Milli Məclisinin deputatı Naqif Həmzəyev bildirib.

Onun sözlərinə görə, hazırda gedən siyasi proseslər, münaqişələr, İran ətrafında baş verən proseslər, Rusiya-ABŞ münasibətləri və bu münasibətlərin gərginləşməsi fonunda dünyada yüksəkoktanlı benzinə olan tələbat artır: “Bunun nəticəsidir ki, məhz bu kateqoriyadan olan benzinin qiymətində və neftin qiymətində artım müşahidə olunmaqdadır”.

Deputat bildirib ki, beynəlxalq yanacaq bazarındakı qiymət dəyişikliyindən asıllığı aradan qaldırmaq üçün Azərbaycanda yeni zavodların inşası nəzərdə tutulub: “Məndə olan məlumata görə, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adına Neft Emalı Zavodunda aparılan modernizasiya nəticəsindəgələn ildən “Aİ-95” və “Super” markalı benzinlərin istehsalı mümkün olacaq. Bu da bizi beynəlxalq yanacaq bazarındakı asıllılıqdan azad edəcək və dövlət bu marka benzinlərin də tənzimlənməsini həyata keçirə biləcək”.

N. Həmzəyev deyir ki, ümumilikdə nəzərə almalıyıq ki, hazırda qonşu ölkələrlə müqayisədə Azərbaycanda yenə də bu marka benzinlərin qiyməti aşağıdır: “Ancaq istənilən halda, biz bu asıllığı tamamilə aradan qaldırmaq və qiyməti stabil saxlaya bilmək üçün məhz bu marka benzinləri istehsal edəcək zavodların tikilməsini həyata keçirməliyik. Bilirsiniz ki, əslində “Aİ-95” və “Super” markalı benzinləri daha çox bahalı avtomobillərin sürücüləri istifadə edirlər. İstər-istəməz, bu, yüklərin daşınmasında və kənd təsərrüfatı məhsullarının artımına elə də böyük təsir etməməlidir. Bu baxımdan da biz çalışmalıyıq, xüsusilə də aidiyyatı qurumlar çalışmalıdırlar ki, bunu bəhanə gətirərək süni qiymət artımına imkan verilməsin. Çalışmalıyıq ki, bu məsələdə hər birimiz fəallıq göstərək”.

Deputat düşünür ki, qətiyyən imkan vermək olmaz ki, süni qiymət artımı baş tutsun: “Çünki, bu kateqoriya və bu markalı benzinlər daha çox bahalı xarici avtomobillərdə istifadə edilir, yük daşımalarında isə “Aİ-92” markalı və dizel yanacağından istifadə olunmaqdadır: “Təəssüflə qeyd etmək lazımdır ki, “Aİ-95” və “Aİ-98” markalı benzinlərin hazırda Azərbaycanda istehsalı mümkün olmadığı və xaricdən alındığı üçün, bu yanacaqların qiymətinin artımı da beynəlxalq yanacaq bazarındakı qiymət dəyişiklikləri ilə əlaqədardır. Azərbaycanda yeni zavodunun tikilməsi və ya mövcud zavodda modernləşdirmə işləri yekunlaşdıqdan sonra bu marka benzinlərin də istehsalı mümkün olacaq ki, bu da dövlət tərəfindən qiymətin tənzimlənməsinə şərait yaradacaq”.

Xatırladaq ki, iyunun 1-dən Azərbaycanda benzinin qiyməti bahalaşıb və “Aİ-95” premium markalı benzinin qiyməti 1,40 manat, “Aİ-98” super markalı benzinin qiyməti isə 1.55 manat olub.

Qeyd edək ki, qiymət artımına qədər “Aİ-95”markalı yanacağın qiyməti 1,25 manat, “Aİ-98” markalı yanağın isə 1,40 manat təşkil edib.

Paylaş:
927

Son xəbərlər

AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18“Sako” ləqəbli tiktoker saxlanılıbBu gün, 13:09Bakıda 21 yaşlı qız itkin düşübBu gün, 13:02“AzInTelecom” MMC “Africa Tech Festival 2024”də iştirak edibBu gün, 12:55Bakıda bir neçə marşrut xətləri üzrə elektrobuslar fəaliyyətə başlayıbBu gün, 12:47Sabah hava necə olacaq? - ProqnozBu gün, 12:40Bu gündən Respublika Fənn Olimpiadalarına qeydiyyat başlayırBu gün, 12:37Yevlaxda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü həbs edilibBu gün, 11:53DYP piyadalara müraciət edibBu gün, 11:33MÜTDA təhsil müəssisələrinin istilik təminatı ilə bağlı məlumat yayıbBu gün, 11:17Abşeronda həyətyanı sahədən sursatlar tapılıb - FOTO - VİDEOBu gün, 11:12Ötən gün yanğınlar zamanı 5 nəfər təxliyə edilibBu gün, 10:27Sabah Xankəndidə tibbi aksiya keçiriləcəkBu gün, 10:20Mingəçevir su anbarında zəlzələ olubBu gün, 10:01BMT “ASAN xidmət”i 4 qitədə təşviq edəcəkBu gün, 10:00Ölkə ərazisindəki bəzi çaylarda sululuq artıbBu gün, 09:46AZAL-dan “Uçuran Cümə” kampaniyası: aviabiletlərə 30%-dək endirimBu gün, 09:39
Bütün xəbərlər