Düşmən Laçın istiqamətində diversiyaya cəhd etdi - Bir erməni hərbi qulluqçu saxlanıldı | 1news.az | Xəbərlər
Siyasət

Düşmən Laçın istiqamətində diversiyaya cəhd etdi - Bir erməni hərbi qulluqçu saxlanıldı

Qafar Ağayev14:12 - 08 / 06 / 2021
Düşmən Laçın istiqamətində diversiyaya cəhd etdi - Bir erməni hərbi qulluqçu saxlanıldı

İyunun 8-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Laçın rayonu sahəsində əlverişsiz hava şəraitindən istifadə edən Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu ərazimizə daxil olub.

Müdafiə Nazirliyindən 1news.az-a verilən məlumata görə, Azərbaycan Ordusunun bu istiqamətdə yerləşən bölmələrinin sayıqlığı nəticəsində qrupun bir üzvü, hərbi qulluqçu Artur Kartanyan saxlanılıb. Qrupun digər üzvləri geri çəkilərək ərazini tərk edib.

Diversantın saxlanıldığı ərazinin koordinatları: X8610021, Y4387428.
İlkin araşdırmalara görə, düşmənin kəşfiyyat-diversiya qrupunun tapşırığı ərazilərimizin minalanması olub.

Hazırda qrupun saxlanılan üzvü haqqında məlumatlar dəqiqləşdirilir.

Paylaş:
782

Son xəbərlər

Bütün xəbərlər