Könül Nurullayeva: “Şəhid ailələri və qazilərin problemlərinin həlli üçün hər kəs öz məsuliyyətini dərk etməlidir” - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Könül Nurullayeva: “Şəhid ailələri və qazilərin problemlərinin həlli üçün hər kəs öz məsuliyyətini dərk etməlidir” - FOTO

15:51 - 11 / 06 / 2021
Könül Nurullayeva: “Şəhid ailələri və qazilərin problemlərinin həlli üçün hər kəs öz məsuliyyətini dərk etməlidir” - FOTO

Millət vəkili Könül Nurullayeva Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin üzvləri ilə görüşüb.

AVMVİB-nin sədri Füzuli Rzaquliyev, AVMVİB-nin Nizami rayon şöbəsinin sədri Rəcəb Baxşiyev və AVMVİB-nin təşkilati məsələlər üzrə sədr müavini Vahid Adurəhmanovun iştirak etdiyi görüşdə Vətən müharibəsi iştirakçıları, şəhid və qazilərimizin şücaəti, onların ailələrinə göstərməli olduğumuz diqqət və qayğıdan söz açılıb. Eyni zamanda hazırda qazilərimizin əllillik statusu ilə bağlı yaşadıqları problem və ya hiss etdikləri narahatlıqlar ətrafında geniş fikir mübadiləsi aaprılıb. Millət vəkili qeyd edib ki, şəhid və qazilərimizin ailələrinə qayğı ilə yanaşmaq, onları daim diqqətdə saxlamaq həm mənəvi, həm də vəzifə borcumuzdur. “Azərbaycan dövləti və xalqı 30 ildən sonra qazandığı bu şərəfli qələbəni canını vətən uğrunda qurban verməkdən çəkinməyən igid oğullarına borcludur. Məhz belə vətən övladlarımızın sayəsində sonunda torpaqlarımıza qovuşduq, Qarabağı azad etdik” deyən K.Nurullayeva şəhid ailələri və qazilərin üzləşdiyi problemlərin həllinin vacibliyini qeyd edib. Söhbət zamanı bildirilib ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva hər zaman şəhid və qazilərimizi uca tutub. Onların ailələrinə ən yüksək səviyyədə dövlət qayğısı göstərilir. Lakin son vaxtlar bəzi qurumlarda müavinat və pensiyaların verilməsilə bağlı ləngimə və nöqsanlar müşahidə olunmaqdadır. Bu da haqlı olaraq narazılıq yaradır: “Şəhid ailələri və qazilərin problemlərinin həlli üçün hər kəs öz məsuliyyətini dərk etməlidir”.

Veteranlara qayğı ilə bağlı beynəlxalq təcrübəyə nəzər salan çıxışçılar müharibə əlilləri haqqında qanun layihəsinin də effektiv olduğunu diqqətə çatdırıblar. Əksər ölkələrdə müharibə iştirakçıları üçün nəzərdə tutulan və əlillik təzminatı, xüsusi pensiya əlavələri, sığorta və dəfn xərclərini əhatə edən güzəşt paketlərindən danışılıb. K.Nurullayeva aidiyyatı qurumların dövlətin sosial siyasətinə uyğun davranmasının vacibliyini qeyd edib, mövcud nöqsanların qısa zamanda aradan qaldırılacağına ümidvar olduğunu bildirib.

Sonda millət vəkili AVMVİB-in fəxri fərmanı ilə təltif olunub.

Reklam hüququnda

Paylaş:
1241

Son xəbərlər

Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir19 / 04 / 2024, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTO19 / 04 / 2024, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTO19 / 04 / 2024, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb19 / 04 / 2024, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb19 / 04 / 2024, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO19 / 04 / 2024, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEO19 / 04 / 2024, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcək19 / 04 / 2024, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıb19 / 04 / 2024, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜAT19 / 04 / 2024, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcək19 / 04 / 2024, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb19 / 04 / 2024, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVA19 / 04 / 2024, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklər19 / 04 / 2024, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTO19 / 04 / 2024, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİB19 / 04 / 2024, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıb19 / 04 / 2024, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcək19 / 04 / 2024, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub19 / 04 / 2024, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edib19 / 04 / 2024, 15:45
Bütün xəbərlər