Ukrayna-Polşa sərhədi yaxınlığına zərbələr endirilib
Rusiya Ukrayna-Polşa sərhədi yaxınlığına zərbələr endirib
1news.az xəbər verir ki, bu barədə BBC News məlumat yayıb
Rusiya hərbçiləri Ukraynanın Polşa ilə sərhədinə yaxın ərazilərdə yerləşən bir neçə obyektə pilotsuz uçuş aparatları ilə zərbələr endirib.Məlumata görə, hücum nəticəsində Volın vilayətində yerləşən Yaqodin dəmir yolu stansiyasında Kiyev–Varşava marşrutu üzrə hərəkət edən qatarın lokomotivi zərər görüb. Sözügedən dəmir yolu xəttindən Ukraynaya səfər edən xarici dövlət liderləri də istifadə edir.
Bundan başqa, Yaqodin sərhəd-keçid məntəqəsinin yaxınlığında yerləşən yanacaqdoldurma məntəqəsi də zərər çəkib.
Hadisənin baş verdiyi ərazi Ukraynanın Polşa ilə sərhədinə yaxın yerləşir və ölkənin qərb istiqamətində mühüm nəqliyyat marşrutlarından biri hesab olunur. Zərbələrin digər obyektlərə vurduğu ziyanın miqyası ilə bağlı əlavə məlumat açıqlanmayıb.
Ayxan Məlikzadə












