BDYPİ-dən yeni tədris ili ilə bağlı sürücülərə və valideynlərə müraciət | 1news.az | Xəbərlər
Cəmiyyət

BDYPİ-dən yeni tədris ili ilə bağlı sürücülərə və valideynlərə müraciət

First News Media09:24 - Bu gün
BDYPİ-dən yeni tədris ili ilə bağlı sürücülərə və valideynlərə müraciət

Yeni tədris ilinin başlaması ilə əlaqədar yollarda hərəkət intensivliyinin artacağı gözlənilir.

1news.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.

BDYPİ yeni tədris ili münasibətilə bütün şagird və tələbələri, müəllimləri və valideynləri təbrik edib, hər birinə uğurlu və təhlükəsiz tədris ili arzulayıb.

Qeyd olunub ki, tədris prosesinin başlaması ilə xüsusilə səhər və axşam saatlarında yollarda hərəkət intensivliyi artacaq, məktəb, bağça və digər təhsil müəssisələrinin ətrafında sıxlıq yaranacaq. Belə şəraitdə hər bir hərəkət iştirakçısının daha diqqətli və məsuliyyətli davranması vacibdir.

“Təhsil müəssisələrinin yaxınlığında sürət əvvəlcədən azaldılmalı, piyada keçidlərinə xüsusi diqqət yetirilməli, avtomobillər ikinci cərgədə, piyada keçidlərinin üzərində və hərəkətə maneə yaradan digər yerlərdə saxlanılmamalıdır.

Valideynlər uşaqları məktəbə gətirib-apararkən avtomobilləri yalnız təhlükəsiz və icazə verilən yerlərdə saxlamalı, onların nəqliyyat vasitəsindən səki istiqamətində düşüb-minməsinə nəzarət etməlidirlər.

Şagirdlər yolu yalnız müəyyən edilmiş yerlərdən keçməli, dayanmış avtomobillərin arasından qəfil yola çıxmamalı, hərəkət zamanı mobil telefon və qulaqlıq kimi diqqəti yayındıran vasitələrdən istifadə etməməlidirlər”, - müraciətdə bildirilib.

İdarə qeyd edib ki, valideynlərin yol hərəkətində nümayiş etdirdiyi davranış uşaqlar üçün ən təsirli nümunədir. Övladlardan qaydalara əməl etməyi tələb edən valideynlər ilk növbədə bunu öz davranışları ilə göstərməlidirlər.

BDYPİ hər kəsi yeni tədris ilinin ilk günlərindən yollarda diqqətli, səbirli və məsuliyyətli olmağa çağırıb.

“Məktəbə gedən hər bir uşağın təhlük

Paylaş:
68

Son xəbərlər

Bütün xəbərlər