Son 30 ildə Ermənistanı tərk edən ermənilərin sayı açıqlanıb | 1news.az | Xəbərlər
Ermənistan

Son 30 ildə Ermənistanı tərk edən ermənilərin sayı açıqlanıb

17:36 - 14 / 06 / 2021
Son 30 ildə Ermənistanı tərk edən ermənilərin sayı açıqlanıb

30 illik müstəqillik dövründə Ermənistandan 1,6-1,7 milyon insan emiqrasiya edib.

1news.az APA-ya istinadən bildirir ki, bu barədə "Sputnik Armenia" agentliyinə bildirən İctimai Şuranın miqrasiya məsələləri üzrə komissiyasının rəhbəri Qaqik Yeqanyanın sözlərinə görə, bu göstərici ölkə əhalisinin 30%-ni təşkil edir.

Onlardan 1,1-1,2 milyon nəfəri Rusiyaya, 15 minə qədəri ABŞ-a, 120-150 min nəfəri Avropaya, qalanları isə MDB dövlətləri və Zelandiyadan tutmuş İsrailə qədər müxtəlif ölkələrə mühacirət edib.

Onun sözlərinə görə, ən kütləvi emiqrasiya 1992-1994-cü illərdə qeydə alınıb. Bu 3 il ərzində Ermənistanı 600 min nəfər (ölkə əhalisinin 16%-i) tərk edib.

2020-ci il 1 yanvara olan rəsmi statistikaya görə, hazırda Ermənistan əhalisinin sayı 2 961 900 nəfərdir.

1news.az

Paylaş:
831

Son xəbərlər

Bütün xəbərlər